Elmin təhsilin inkişafına etibarlı təminat

 

Azərbaycan Respublikasının dövlət büdcəsinin 2018-ci il üçün təqdim olunan layihəsi Prezident İlham Əliyevin apardığı respublikamızın hərtərəfli inkişafına dair məqsədyönlü siyasətin mükəmməl bir göstəricisidir.

Təqdim olunan dövlət büdcəsi ölkəmizdə neft gəlirlərindən asılılığın azaldılması proseslərinin genişləndirilməsini qeyri-neft sektorunun həcminin artmasını əks etdirən dərin iqtisadi təhlillərin məntiqi yekunu əsasında hazırlanmış mühüm dövlət sənədidir. Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevinAzərbaycan 2020: Gələcəyə baxışİnkişaf Konsepsiyasının ardıcıllıqla məqsədyönlü şəkildə həyata keçirilməsinin dinamikasını əyani şəkildə əks etdirir. Müstəqil Azərbaycan dövlətinin siyasi iqtisadi kursunun prioritetləri dövlət büdcəsi layihəsində bütün aydınlığı ilə əhatə olunmuşdur. Bu mənada Milli Məclisdə geniş müzakirə edilən dövlət büdcəsi layihəsi həm ölkə üzrə əsas fəaliyyət sahələrinin inkişafını istiqamətləndirən konseptual bir bələdçidir.

Dövlət büdcəsinin hazırlanmasında ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinin reallıqları ilə yanaşı, beynəlxalq miqyasda qlobal iqtisadiyyatda müşahidə olunan meyillərin nəzərə alınması ehtimal oluna biləcək risklərin proqnozlaşdırılmasına davamlı inkişafın təmin edilməsinə şərait yaradır. Xüsusən, neft gəlirlərinin beynəlxalq birjalardakı qeyri-sabit göstəricilərinin aşağı yuxarı hədlərinin ölçülüb-biçilməsi nəticə etbarilə sabit bir büdcənin formalaşmasına səbəb olmuşdur.

Ölkəmizdə dövlət büdcəsinin sosialyönümlü olması prinsipi 2018-ci ilin layihəsində qorunub saxlanılmışdır. Bu, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətində insan amili faktorunun əsas kimi qəbul edilməsinin möhtərəm Prezidentimiz tərəfindən ardıcıl olaraq davam inkişaf etdirildiyini əyani şəkildə nümayiş etdirir. Dövlət büdcəsi tam məntiqi ilə ölkəmizdəHər şey insan üçünprinsipinin davamlı bir dövlət strategiyası olmasını nümayiş etdirir. Dövlət büdcəsinin məntiqindən geniş mənada əhalinin bütün təbəqələrinin, o cümlədən elm təhsil işçilərinin 2018-ci ildə sosial müdafiəsinin daha da yaxşılaşacağını, əməkhaqlarının təqaüdlərin artırılacağını aydın surətdə görmək olar.

Büdcə qanununda sosial siyasətin əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri ilə yanaşı, konkret sosial proqramların həyata keçirilməsinə doğru istiqamətləndirilməsi bu zəruri sahədə məqsədyönlü islahatların reallaşdırılmasına imkan yaradır. Eyni zamanda, 2018-ci ildə sosial proqramların reallaşmasına yönəldilmiş maliyyə dəstəyi növbəti illərdə büdcə gəlirləri üçün yeni mənbələrin forrmalaşdırılmasına xidmət edir. Bu isə əhalinin sosial müdafiəsi üçün davamlı bir prosesin təmin olunmasına yol açır. Dövlət büdcəsində (2018-ci ildə) sosialyönümlü xərclərin 36,6 faizə çatdırılması, 2017-ci illə müqayisədə 2,2 faiz artırılması dövlətimizin öz vətəndaşlarına, Azərbaycan insanına göstərdiyi daimi diqqət qayğını bütün reallığı ilə ifadə edir. Bu, eyni zamanda, qarşıdakı illərdə sosial müdafiə proseslərinin daha da genişləndirilməsinə təminat verir.

Millətin gələcəyə hesablanan təhsil xərclərinin 11,3 faiz artırılması ölkəmizdə davamlı təhsil islahatlarının aparılmasına meydan açır. Təhsil xərcləri içərisində təhsilin bütün pillələri üzrə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması ilə birlikdə peşə təhsilinə, məktəbəqədər təhsilə elektron təhsilə xüsusi diqqət yetirilməsi bu istiqamətlərdə mövcud boşluqların aradan qaldırılmasına real tələbatların gerçəkləşdirilməsinə doğru atılmış mühüm addımlar kimi yüksək qiymətləndirilməlidir.

Büdcə qanununun leksikasına 2018-ci ilin yeniliyi kimi daxil olmuş universitet şəhərcikləri kampuslarının formalaşdırılması anlayışı isə ölkəmizdə ali məktəb quruculuğunu yeni mərhələyə çıxarmağa təkan verə biləcəkdir. Bu, Azərbaycanda ali məktəb quruculuğunu dünya standartları səviyyəsinə çatdırmağa hesablanmış bir yenilik kimi mühüm əhəmiyyətə malikdir.

Dövlət büdcəsi zərfindəki elm xərcləri üzrə nəzərdə tutulan artım, aparılan təhlillər proqnozlar Azərbaycan Respublikasının elm siyasətinin prioritetlərini real şəkildə əks etdirir. Bu, Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatların daha da genişləndirilməsinə meydan açacaqdır.

2018-ci ilin proqnoz göstəricilərində elmi fəaliyyət sahəsində fundamental tədqiqatların inkişaf etdirilməsi ilə bərabər, elm yönlü texnoparkların innovasiya zonalarının inkişaf etdirilməsinin nəzərdə tutulması stimullaşdırılması bu istiqamətdə yeni mərhələyə doğru inkişafa təkan verəcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasında uğurla inkişaf etdirilən texnologiya parkının istehsal innovasiya imkanlarının daha da artırılmasına şərait yaradacaqdır. Məlumat üçün qeyd etmək yerinə düşər ki, AMEA-nın texnologiya parkı qısa müddətdə ixracyönlü məhsullar istehsal edən, dünya bazarına çıxmağa cəhd göstərən əhəmiyyətli bir sahəyə çevrilmişdir.

Büdcə zərfində ilk dəfə olaraq ölkəmizdə Milli İnnovasiya Proqramının İnnovasiya Bankının yaradılmasına, biotexnologiyanın inkişafı üçün zəruri əsaslı vəsaitlərin nəzərdə tutulması Azərbaycan elminin yeni hədəflərinə çatmaq üçün stimulverici faktordur. Eyni zamanda, elmdə sahibkarlıq innovasiya fəaliyyətinə həm əlavə gəlir gətirən sahə kimi baxılması Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair Yol Xəritəsinin müddəalarının reallışdırılmasına dəstək vermək məqsədi daşıyır. Bu, Milli Elmlər Akademiyasında, ali məktəb sahə elmində yeni islahatlar aparmağa yol açacaqdır.

Dövlət büdcəsindəki elmdə sahibkarlıq innovasiya fəaliyyətinin genişləndirilməsi haqqındakı müddəalar Azərbaycan təcrübəsi əsasındaElmi fəaliyyət sahəsində sahibkarlıq innovasiyaadlı yeni qanunun hazırlanması zərurətini irəli sürür. Həm ölkə iqtisadiyyatında elm faktorunun genişlənməsi, həm elmi mühitdə sahibkarlıq innovasiyaya meylin qüvvətlənməsi belə bir qanuna ciddi ehtiyac doğurur. Ölkəmizdə “Elm haqqındaqanunun tətbiqindən sonra elmi mühitdə sahibkarlıq innovasiya fəaliyyətinin genişlənməsi sürətlənməsi, bu istiqamətin xüsusi çəkisinin artması da belə bir qanunun yaradılmasını aktuallaşdırır.

Bütövlükdə dövlət büdcəsinin mövcud layihəsi ölkəmizdə elm təhsil sahələrinin daha da inkişaf etdirilməsinə, yeniləşdirilməsinə, inteqrasiya proseslərinin genişləndirilməsinə, bu sahədə çalışan işçilərin: alimlərin müəllimlərin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə təminat verir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, dövlət büdcəsi kimi mühüm sənəd elmi əsaslarla hazırlanmışdır. Dövlət büdcəsindəki təhlillər, müqayisələr proqnozlar obyektiv statistika əsasında aparılmış bu sənədlərdə konkret nəticələr ifadə olunmuşdur. Dövlət büdcəsindəki əvvəlki bir illə olan müqayisələr qarşıdakı üç ilə dair proqnozlar ölkəmizdəki dinamik inkişafı tam əhatəli şəkildə təsəvvür etməyə daha sərfəli hədəfləri müəyyənləşdirməyə əsas verir. Aydın surətdə görünür ki, 2018-ci ildə dövlət büdcəsi qlobal iqtisadi böhrandan sonrakı inkişafın əsas templərini yeni inkişaf epoxasının yeni dalğasının ana xətlərini dolğun şəkildə əks etdirir. Büdcə zərfindəki elmi təhlillərə əsaslanan göstəricilər maliyyə mühitinin iqtisadi-riyazi modelləşdirilməsindən çıxarılan əsas yekunlar kimi elmi dairələr, xüsusən akademik elm üçün istinad mənbəyi ola bilər.

Bütün bunlara görə 2018-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsini məqbul hesab edirəm, qəbul edilmiş büdcə zərfinə ölkəmizin daha da inkişaf etdirilməsinə yeni bir stimul verən real imkanların açılmasını aydın surətdə proqnozlaşdıran dövlət sənədi kimi böyük nikbinliklə baxıram.

Bütövlükdə, 2018-ci ilin dövlət büdcəsi ölkəmizin digər sahələri kimi elmin təhsilin yeni inkişafına təminat verir.

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri,

akademik

 

Azərbaycan.- 2017.-1 dekabr.- S.9.