Prezident Məhəmməd Əşrəf Qani:
"Sizin təcrübənizdən
öyrənməyi çox
arzulayırıq"
Dekabrın 1-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd
Əşrəf Qaninin nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə
görüşü olub.
AZƏRTAC xəbər verir ki, dövlət başçıları görüşdə çıxış etdilər.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
-Hörmətli cənab Prezident, əziz qonaqlar, Azərbaycana bir daha xoş gəlmisiniz.
Cənab Prezident, Sizi görməkdən çox məmnunam. Gəlişinizə görə minnətdaram.
Bu, Sizin ölkəmizə artıq
üçüncü səfərinizdir.
Eyni zamanda, bizim bir çox beynəlxalq tədbirlər
zamanı görüşmək
imkanımız olub.
Çox
yaxşı şəxsi
münasibətlərimiz qurulub.
Həmçinin ölkələrimiz arasında əlaqələr
çox uğurla inkişaf edir.
Əvvəlcə, mən Sizi və
hökumətinizi ölkənizdə
inkişaf sahəsində
əldə etdiyiniz nailiyyətlərə görə
təbrik etmək istərdim. Yanaşmanız Əfqanıstan üçün
islahatların yaxşı
sürətlə getməsini
mümkün etdi.
Şadam
ki, əməkdaşlığımızın
bir hissəsi islahatlarla, xüsusən də dövlət sektoru və digər sahələrlə
bağlıdır.
Biz dostuq,
biz tərəfdaşıq. Çox güclü
siyasi münasibətlərimiz
var. Bir-birimizi beynəlxalq
təşkilatlarda dəstəkləyirik.
İqtisadi və ticari
sahələrdə böyük
potensial mövcuddur.
Bunları Sizinlə artıq
müzakirə etdik.
Onların sırasında daşımalar
və enerji sahələri var. Bu gün
keçirdiyimiz təkbətək
görüşümüzdən sonra nümayəndə heyətlərimiz gündəliyimizi
daha geniş şəkildə müzakirə
edəcəklər. Mən ikitərəfli
iqtisadi fəaliyyət
sahəsində çox
sıx çalışmaq
üçün aidiyyəti
rəsmi şəxslərə
müvafiq göstərişlər
vermişəm.
Cənab Prezident,
bir daha xoş gəlmisiniz.
***
Əfqanıstan Prezidenti
Məhəmməd Əşrəf
QANİ dedi:
Bismillahir-rəhmanir-rəhim.
Cənab Prezident,
Bakıya gəlməyimiz
məmnunluğa çevrilib.
Buraya səfərimi, eləcə
də mümkün olan təqdirdə hər bir beynəlxalq
tədbirdə Sizinlə
görüşməyi səmimiyyətlə
arzulayırdım.
Əvvəlcə, böyük nailiyyətlərlə
bağlı Sizi bir daha təbrik
etmək istərdim. İcazə verin,
illər boyu verdiyiniz dəstəyə
görə Əfqanıstan
xalqı adından Sizə bir daha
minnətdarlığımı bildirim. NATO qüvvələrinin
marşrutu, demək olar ki, kəsildiyi
zaman, Siz öz hava dəhlizinizi
açdınız.
Bakının gözəlləşdirilməsinə, onun yüklərin sürətli çatdırılma mərkəzinə çevrilməsinə böyük həcmdə resurslar ayırdınız. İndi isə artıq Lapis-Lazuli sazişi imzalanıb.
Fikrimcə, aramızda səmimi
şəxsi münasibətlər, o
cümlədən ölkələrimiz arasında
yaxşı gələcəyi olan əlaqələr
qurulub. İcazə verin,
öz mülahizələrimi bildirim. Sonra isə,
göstərişlərimiz əsasında həmkarlarımız
işləyə bilərlər. Əvvəlcə, Sizin təcrübənizdən öyrənməyi
çox arzulayırıq. Rabitə Nazirliyimiz hazırda “ASAN xidmət”i ölkəmizdə
həyata keçirir.
Azərbaycan.-
2017.-2 dekabr.- S.1-2.