Səfəri başa çatdı
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycan Respublikasına səfəri dekabrın 1-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Əfqanıstan
İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qanini hava limanında Azərbaycan
Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycanın Türkmənistandakı
və Əfqanıstandakı səfiri Həsən Zeynalov və digər rəsmi şəxslər
yola salıblar.
Azərbaycan.-
2017.-2 dekabr.- S.3.