Səfir: “ABŞ Azərbaycanın
“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndəki
mühüm rolunu
alqışlayır”
Amerika Birləşmiş Ştatları regionda və daha geniş coğrafiyada sabitliyi və rifahı daha da gücləndirmək üçün “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində birgə işləməyə həmişə sadiqdir.
AZƏRTAC xəbər verir ki, bu fikri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə müsahibəsində bildirib.
ABŞ-ın Azərbaycanın “Asiyanın Qəlbi – İstanbul Prosesi”ndəki önəmli rolunu alqışladığını deyən səfir bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın Əfqanıstanda sülhün bərpası istiqamətindəki fəaliyyətini dəstəkləyir. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin təşviqinə verdiyi töhfəni xüsusi qeyd edib.
Robert Sekuta deyib ki,
ABŞ və Azərbaycanın əməkdaşlıq etdiyi sahələrdən biri
də təhlükəsizliyin təminatıdır. Hər iki ölkə Əfqanıstanla bağlı da bir sıra işlər görüb. Azərbaycan həm
Əfqanıstanda, həm də regionda təhlükəsizliyin
təminatı üçün daha böyük rol oynamağa qadir olduğunu göstərir.
Azərbaycan sülhməramlıları ABŞ və NATO
qüvvələri ilə çiyin-çiyinə
Əfqanıstanda xidmət edir. ABŞ Azərbaycanın
sülh və təhlükəsizliyə
yardım məsələsinə töhfələrini yüksək
qiymətləndirir.
Azərbaycan.-
2017.-2 dekabr.- S.6.