“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının Bakı Bəyannaməsi qəbul olunub

 

“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının Bakı Bəyannaməsi qəbul olunub.

AZƏRTAC xəbər verir ki, Bəyannamədə ölkələrin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, daxili işlərə qarışmamaq kimi prinsiplərlə bağlı öhdəliklər bir daha təsdiq edilib. Həmçinin dövlətlərin suverenliyi, ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsinin yolverilməzliyi qeyd olunub, bu əməllərdən çəkinmənin vacibliyi bildirilib.

Bəyannamədə “Asiyanın Qəlbi – İstanbul Prosesinin regionda dialoq və etimadın gücləndirilməsində əhəmiyyətli rolu bir daha vurğulanıb.

Sənəddə, həmçinin terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə səylərin artırılması, sülh, təhlükəsizlik, regional əməkdaşlıq kimi məsələlər öz əksini tapıb.

Bəyannamədə 7-ci nazirlər konfransına ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə minnətdarlıq ifadə edilib.

 

Azərbaycan.- 2017.-2 dekabr.- S.6.