Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə
Nazirliyi arasında vergi
orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa
dair Memorandumun təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair 2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilsin.
2. Bu fərmanın 1-ci hissəsində göstərilən Memorandum qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Vergilər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr
2017-ci il
Azərbaycan.-
2017.-3 dekabr.- S.2.