Azərbaycan Respublikası hökuməti ilə
Türkmənistan hökuməti arasında energetika
sahəsində əməkdaşlığın gələcək
inkişafı haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında 2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr
2017-ci il
Azərbaycan.-
2017.-3 dekabr.- S.2.