Qafqazın lideri “Asiyanın Qəlbi”ndəki geosiyasi mövqeyini möhkəmləndirir

 

İstanbul Prosesi Azərbaycanın Avrasiyada transregional əlaqəliliyin gücləndirilməsinin yeni aparıcı qüvvəsi olduğunu bir daha təsdiqlədi

 

Qloballaşma dövründə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən müstəqil, balanslı xarici siyasəti ilə və Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostratejigeoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanan Azərbaycan diplomatik fəaliyyət sahəsində də qarşıda duran hədəfləri düzgün müəyyənləşdirir. Milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadigeostrateji maraqların ödənməsi həyata keçirilən xarici siyasətin prioritet istiqamətləridir.

Rəsmi Bakının Avropadünya miqyaslı siyasi, iqtisadihumanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsi Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionundiplomatik paytaxtı”na çevirib.

 

Avrasiyanın geosiyasi aktoruna çevrilən Azərbaycan

 

Ötən həftə Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş “Asiyanın Qəlbi” regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci Nazirlər Konfransının keçirilməsi də bütün deyilənlərin təsdiqi idi. Bu, eyni zamanda Azərbaycanın Avrasiya məkanındakı geosiyasi çəkisi və bölgənin siyasi-iqtisadi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi olduğunu bir daha isbatladı.

Ölkənin geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə münasibətlərinin qurulmasına müsbət təsir göstərən əsas amillərdən biri onun əhəmiyyətli geosiyasicoğrafi məkanda yerləşməsi hesab olunur. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda gedən əsas proseslərin mərkəzində dayanan Azərbaycan öz milli maraqlarının təmin edilməsinə istiqamətlənmiş siyasi kursuna, əlverişli coğrafi mövqeyinə və kəsb etdiyi transmilli geosiyasi əhəmiyyətinə uyğun olaraq buya digər gedişlər edir.

Prezident İlham Əliyevin son 14 ildə yürütdüyü düzgün iqtisadi inkişaf strategiyası ümumilikdə Azərbaycanı Avrasiyanın iqtisadi, siyasi və sosial-mənəvi cəhətdən dinamik inkişaf edən ölkəsinə, dövlətlərarası əlaqələrdə ciddi geosiyasi aktora çevirib.

 

Asiyanın Qəlbi - İstanbul Prosesi”- səmərəli regional platforma

 

Asiyanın Qəlbi - İstanbul Prosesi” “Asiyanın Qəlbiregionunda sabitlik, sülh çiçəklənmənin təşviqi Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq sıx regional əməkdaşlıq üçün vacib platformadır.

2011-ci ildə təsis olunduqdan bəriAsiyanın Qəlbi - İstanbul Prosesiistər prosesdə iştirak edən dövlətlər, istərsə buna dəstək verən dövlət təşkilatların Əfqanıstanda regionda vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş səylərinin möhkəmləndirilməsi baxımından səmərəli çoxtərəfli platforma kimi özünü sübut edib. Bu platforma regionda regiondan kənarda yerləşən dövlətlər arasında dialoq əməkdaşlıq yolu ilə Əfqanıstanda sülh, sabitlik rifahın əldə edilməsi üçün nadir imkan yaradır.

Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər təşkilatlar sırasına Azərbaycan, Türkiyə, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.

Regional sülh, sabitlik çiçəklənməyə töhfə vermək əzminə Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildəAsiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub. İstanbul Prosesinin həmsədri kimi öz missiyasını yekunlaşdıran Azərbaycan öz həmsədrliyindən istifadə etməklə prosesin qarşıya qoyduğu məqsədlərə çatmaq istiqamətində bütün mümkün töhfələri verib. 2017-ci ildə Bakı Nyu York şəhərlərində yüksək vəzifəli məmurların görüşlərini, eləcə Narkotiklərlə Mübarizə Regional İnfrastruktur üzrə Etimad Quruculuğu Tədbirləri çərçivəsində ekspertlərin görüşlərini təşkil edib.

Həmsədrlik missiyasını başa vurmasına baxmayaraq, Azərbaycan ikitərəfli səylər müxtəlif çoxtərəfli platformalar vasitəsiləAsiyanın Qəlbiregionunda sabitliyi, sülh şəraitində yenidənqurma səylərini inkişafı dəstəkləməyə davam edəcək.

Konfransın sonunda qəbul edilən Bakı Bəyannaməsində ölkələrin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq kimi prinsiplərlə bağlı öhdəliklər bir daha təsdiq edilib. Həmçinin dövlətlərin suverenliyi, ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsinin yolverilməzliyi qeyd olunub, bu əməllərdən çəkinmənin vacibliyi bildirilib.

SənəddəAsiyanın Qəlbi - İstanbul Prosesi”nin regionda dialoq etimadın gücləndirilməsində əhəmiyyətli rolu bir daha vurğulanıb. Həmçinin terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə səylərin artırılması, sülh, təhlükəsizlik, regional əməkdaşlıq kimi məsələlər öz əksini tapıb.

 

Dialoq əməkdaşlıq üçün dəyərli mexanizm

 

Konfransda çıxış edən Prezident İlham Əliyev bildirdi ki, AzərbaycanAsiyanın Qəlbi - İstanbul Prosesi”ni Əfqanıstanda sülhün, barışığın, təhlükəsizliyin iqtisadi inkişafın əldə edilməsi istiqamətində dialoq əməkdaşlıq üçün dəyərli mexanizm hesab edir. 2012-ci ildə prosesə qoşulandan bəri ölkəmiz bu çoxtərəfli platformada fəal şəkildə iştirak etməkdədir: “Beynəlxalq hüququn norma prinsiplərinə hörmət riayət edilməsi, xüsusilə suverenlik, ərazi bütövlüyü dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət daxili işlərə qarışmama regional beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla, sabitlik yəqinlik təmin edir. Bu prinsiplər İstanbul Prosesi çərçivəsində bizim münasibətlərimiz əməkdaşlığımız üçün zəmin təşkil edir bu, “Asiyanın Qəlbibəyannamələrində bir daha vurğulanmışdır”.

Azərbaycanın Əfqanıstanın qarşısında duran çağırışların öhdəsindən gəlməsində onu dəstəkləyən birinci ən fəal ölkələr sırasında olduğunu söyləyən dövlət başçısı qeyd etdi ki, ölkəmiz ikitərəfli səylər eləcə çoxtərəfli platforma çərçivəsində fəal iştirakı ilə Əfqanıstanda ölkənin sabitliyinə, sülh şəraitində yenidənqurma inkişafına yardım işinə sadiq olaraq qalır: “Çox önəmlidir ki, Əfqanıstanın yenidən qurulması iqtisadi inkişafı məsələlərinə səylərimizin yönəldilməsi ilə yanaşı, biz ölkənin indiyədək əldə etdiyi tərəqqini qoruyub saxlamaq üçün Əfqanıstanın üzləşdiyi təhlükəsizlik çağırışlarını həll etməkdə davam edirik. Belə ki, terrorizm, radikal ekstremizm separatizmin bütün forma ifadə vasitələrindən qaynaqlanan təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərimizin davam etdirilməsi bu məqsədlə regional əməkdaşlığın artırılması vacibdir”.

 

Ticarət tranzit arteriyası

 

Əfqanıstanın dayanıqlı dövlət qurmaq səylərini ardıcıl olaraq dəstəkləyən Azərbaycan əfqan rəsmiləri üçün genişmiqyaslı hərbi, dövlət idarəçiliyi, hüquq mühafizə, minalardan təmizləmə, tibbi reabilitasiya sahələri üzrə təlimlər təşkil edib elektron idarəçilik, ictimai xidmətlərin çatdırılması üzrə öz təcrübəsini Əfqanıstanla paylaşıb. Bu gün Azərbaycan hərbçiləri Qətiyyətli Dəstək Missiyasında xidmət edir ölkəmiz Əfqanıstan Milli Ordusuna yardımlarını davam etdirir.

Bununla yanaşı, Azərbaycanın regionu nəqliyyatla birləşdirmək sahəsindəki töhfələri Əfqanıstan ümumilikdə regionun yeni bazarlara çıxması beynəlxalq ticarət şəbəkələrinə qoşulması üçün yeni imkanlar yaradır. Bu yaxınlarda açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə, Türkmənistan tərəfindən imzalanmış Lapis-Lazuli razılaşması regionda əmtəə sərnişinlərin rahat hərəkətinə imkan yaradacaq. Gürcüstan Azərbaycandan başlayaraq Xəzər dənizi vasitəsilə Orta Asiyaya qədər uzanan geniş coğrafi region dünyanın ən böyük təchizat tələb bazarlarını birləşdirən qitələrarası ticarət marşrutları üzərində yeni rəqabətədavamlı ticarət tranzit arteriyasına çevrilir.

Bu layihələri dəyərləndirən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın təşəbbüskarı olduğu davam edən regional bağlılıq layihələri - Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri, Şərq-Qərb Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir. Bu layihələr Əfqanıstanın qlobal bazara çıxışını asanlaşdıracaq bölgədə yükdaşımaların daha qısa, daha sürətli daha səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradacaq bağlılığı təmin edəcək. Konfransda Azərbaycanın həyata keçirdiyi meqalayihələrdən danışan dövlət başçısı eyni zamanda Əfqanıstanın da Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulması perspektivlərinə toxundu.

Prezidenti İlham Əliyev konfransdakı nitqində bir çox mühüm məsələləri yenidən gündəmə gətirərək beynəlxalq əməkdaşlığın əhəmiyyətini, dünyada sülh təhlükəsizliyin təmin olunmasının yollarını açıq şəkildə diqqətə çatdırdı.

Bütün bunlar bir daha onu göstərir ki, “Asiyanın Qəlbi- İstanbul Prosesi” Azərbaycanın strateji maraqlarının həyata keçirilməsi baxımından da mühüm bir prosesdir.

 

Azərbaycan Cənubi Qafqazın lideridir

 

“Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində Nazirlər Konfransının Bakıda keçirilməsi ölkəmizin qlobal sülh, təhlükəsizlik və dialoq platforması kimi qəbul edildiyinibu statusunu getdikcə möhkəmləndirdiyini bir daha təsdiqlədi. Konfransın Bakı Bəyannaməsində ölkələrin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplərin xüsusi olaraq vurğulanması bu platformanın təkcə Əfqanıstana sülh və barışıq gətirilməsinə deyil, daha geniş məqsədlərə xidmət etdiyindən xəbər verir.

Nəzərə alsaq ki, Asiyada 56 dövlət var və onların içərisində Çin, Hindistan, Pakistan kimi dünya siyasətində söz sahibi olacaq ölkələr yer alır, o zaman bu konfransın və qəbul edilən bəyanatın əhəmiyyətini bir daha anlamış olarıq. Bu tərəfdaşlıq formatı regionumuza siyasi sabitlik və təhlükəsizliklə bərabər, həm də ciddi iqtisadi əməkdaşlıq perspektivləri vəd edir.

Bir sözlə, Azərbaycanın əlverişli coğrafi mövqeyibu mövqenin mühüm geosiyasi amilə çevrilməsi istiqamətində yürüdülən uğurlu siyasət ölkəmizin bu əməkdaşlıq platforması çərçivəsində də çox önəmli bir mövqeyə sahiblənməsinə, logistik imkanlarından daha səmərəli istifadə olunmasına zəmin yaradır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2017.-5 dekabr.- S.1; 5.