Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

“Tərəqqi” medalı ilə

 

Abbasov Ədalət Əsgər oğlu

Abbasov Mikayıl Hümmət oğlu

Camalov İnşad Kamal oğlu

Əhmədov Fuad Süleyman oğlu

Qaffarov Səbuhi Sabir oğlu

Məmmədzadə Mobil Qərib oğlu

Ömərov Həsən Hüseyin oğlu

Rəhmanov Adil Talıb oğlu

 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

 

Mehdiyev Zahid Arif oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2017-ci il

 

Azərbaycan.- 2017.-6 dekabr.- S.2.