“Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında dövlət sərhədinin
demarkasiyası üzrə Dövlət Komissiyası
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 30 iyun tarixli 965 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 372; 2005, № 6, maddə 495; 2012, № 4, maddə 378, № 12, maddə 1330; 2016, № 2 (II kitab), maddə 251; 2017, № 2, maddə 238) 1-ci hissəsində “Elbrus Orucov - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi” sözləri “Ayaz Həsənov - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 dekabr
2017-ci il
Azərbaycan.- 2017.-6 dekabr.-
S.3.