M.Ç.Cabbarovun Azərbaycan Respublikasının
təhsil naziri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr
2017-ci il .
Azərbaycan.- 2017.- 6 dekabr.- S.3.