Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 761-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1641; 2017, № 6, maddə 1098) ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 7.21-ci bənddə “elektron viza” sözləri “çap edilmiş elektron vizanı və ya həmin vizanın” sözləri ilə əvəz edilsin.
2. 8.2.6-cı yarımbəndin üçüncü abzasının birinci cümləsində “elektron viza” sözləri “çap edilmiş elektron viza və ya həmin vizanın” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 dekabr
2017-ci il
Azərbaycan.- 2017.-6 dekabr.-
S.3.