Azərbaycan Respublikasının
“Rəşadət” ordeninin
statute
Azərbaycan Respublikasının
2017-ci il 17 noyabr tarixli qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif
edilən şəxslər
1.1. Azərbaycan Respublikasının “Rəşadət”
ordeni ilə Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
hərbi qulluqçuları
aşağıdakı xidmətlərinə
görə təltif edilirlər:
1.1.1. Azərbaycan
Respublikasının müstəqilliyinin,
ərazi bütövlüyünün
və təhlükəsizliyinin
təmin edilməsində
xüsusi xidmətlərinə
görə;
1.1.2. əhəmiyyətli
və ya strateji ərazinin, yaşayış məntəqəsinin,
rayonun və ya şəhərin düşmən işğalından
azad olunması ilə nəticələnmiş
döyüş əməliyyatları
zamanı hərbi hissə və birləşmələrə yüksək
peşəkarlıqla rəhbərlik
etdiklərinə görə;
1.1.3. vətənin
müdafiəsi zamanı
düşmən hücumunun
qarşısının alınmasında,
işğal edilmiş
ərazilərin azad olunmasında, düşmənin
canlı qüvvəsinin
və döyüş
texnikasının məhv
edilməsində igidlik
və mərdlik nümunəsi göstərdiklərinə
görə;
1.1.4. həyat
və sağlamlıq
üçün real təhlükə
şəraitində xidməti
borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə;
1.1.5. fövqəladə
hallarda və ya ekstremal şəraitdə
insanların xilas edilməsində xüsusi
xidmətlərinə görə;
1.1.6. dövlət
sərhədinin mühafizəsinin
təmin edilməsində
xüsusi xidmətlərinə
görə.
1.2. Azərbaycan Respublikasının “Rəşadət”
ordeninin üç dərəcəsi vardır.
1.3. Azərbaycan
Respublikasının 1-ci dərəcəli
“Rəşadət” ordeni
ən yüksək dərəcəlidir.
1.4. Azərbaycan Respublikasının “Rəşadət”
ordeninin dərəcələri
ardıcıllıqla verilir.
Maddə 2. Taxılma qaydası
Azərbaycan
Respublikasının “Rəşadət” ordeni
döşün sol tərəfinə,
Azərbaycan Respublikasının digər ordenləri olduqda “Azərbaycan bayrağı” ordenindən
sonra taxılır.
Azərbaycan.- 2017.- 6 dekabr.- S.2.