“Sərhəd qoşunları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1, maddə 15; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 4, maddə 199; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddə 1078; 2013, ¹ 2, maddə 94; 2016, ¹ 1, maddə 10; 2017, ¹ 4, maddə 519) 12-ci maddəsinin birinci hissəsində “elmi tədqiqat idarələrindən” sözləri “elmi müəssisə və təşkilatlarından” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr
2017-ci il
Azərbaycan.- 2017.-7 dekabr.-
S.3.