“Vətən uğrunda
həlak olanların xatirəsinin əbədiləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 134 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 134 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 5, maddə 304; 2004, ¹1, maddə 19) 2-ci hissəsinin üçüncü abzasında “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti,” sözləri ilə, “Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi” sözləri isə “Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 dekabr
2017-ci il
Azərbaycan.- 2017.-7 dekabr.-
S.4.