Quba şəhərində ümummilli
lider Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan Prezidenti
İlham Əliyevin Quba rayonuna səfəri
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dekabrın 7-də Quba rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.
Quba Rayon İcra Hakimiyyətinin
başçısı Ziyəddin Əliyev dövlətimizin
başçısına abidənin ətrafında aparılan
abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Azərbaycan.- 2017.- 8 dekabr.- S.1.