“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 1, maddə 8, ¹ 8, maddə 686; 2006, ¹ 1, maddə 4; 2007, ¹ 4, maddə 321; 2010, ¹ 7, maddə 596; 2011, ¹ 2, maddə 71, ¹ 6, maddə 484; 2012, ¹ 12, maddə 1228; 2013, ¹ 12, maddə 1467; 2014, ¹ 7, maddə 783; 2015, ¹ 2, maddə 99, ¹ 4, maddə 347, ¹ 11, maddə 1287; 2016, ¹ 12, maddə 2032; 2017, ¹ 6, maddə 1044) 29.2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci cümlə çıxarılsın.

2. İkinci cümlədə “Aparatın” sözü “Məhkəmə-Hüquq Şurası Aparatının” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2017-ci il

 

Azərbaycan. - 2017.-9 dekabr.- S.2.