“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin
təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli
692 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 176; 2002, ¹ 8, maddə 478; 2004, ¹ 1, maddə 19; 2005, ¹ 4, maddə 299; 2007, ¹ 11, maddə 1117; 2008, ¹ 8, maddə 719; 2010, ¹ 10, maddə 845; 2015, ¹ 5, maddə 541; 2017, ¹ 3, maddə 366) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Altıncı və səkkizinci abzaslarda “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin.
2. On birinci abzas aşağıdakı
redaksiyada verilsin:
“həmin qanunun 32-ci maddəsinin üçüncü, dördüncü
və altıncı hissələrində, 37-ci maddəsinin
birinci hissəsində,
39-cu maddəsinin dördüncü
hissəsində və
beşinci hissəsində
(ikinci halda), 83-cü maddəsinin üçüncü
hissəsində və
94-cü maddəsinin birinci
hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi,
Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti
və Azərbaycan Respublikasının Dövlət
Sərhəd Xidməti
həyata keçirirlər;”.
3. On ikinci abzasda “və Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik
Nazirliyi” sözləri
“, Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidməti, Azərbaycan
Respublikasının Xarici
Kəşfiyyat Xidməti
və” sözləri ilə əvəz edilsin.
4. On beşinci abzasda “Milli Təhlükəsizlik
Nazirliyi” sözləri
“Dövlət Təhlükəsizliyi
Xidməti, Azərbaycan
Respublikasının Xarici
Kəşfiyyat Xidməti,”
sözləri ilə əvəz edilsin.
5. İyirminci abzasdan “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,”
sözləri çıxarılsın
və həmin abzasa “Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra
“Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidməti, Azərbaycan
Respublikasının Xarici
Kəşfiyyat Xidməti,”
sözləri əlavə
edilsin.
6. İyirminci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda iyirmi birinci abzas əlavə edilsin:
“həmin qanunun 38-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 dekabr
2017-ci il
Azərbaycan.- 2017.-9 dekabr.- S.2.