Qırğızıstan Prezidenti
TürkPA-nın üzv ölkələrinin
parlament nümayəndə heyətlərinin
rəhbərlərini qəbul edib
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov dekabrın 8-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Bişkekdə keçirilən 7-ci plenar sessiyasında iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədovun da iştirak etdiyi görüşdə Qırğızıstan Prezidenti TürkPA-nın qısa müddət ərzində mühüm dialoq məkanına çevrildiyini bildirib. Qeyd edib ki, Qırğızıstan türkdilli ölkələrlə əlaqələrin qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində daha da dərinləşdirilməsinə mühüm əhəmiyyət verir.
Qırğız dövlətinin başçısı deyib ki, TürkPA-nın potensialı böyükdür və bu quruma maraq getdikcə artır. Özbəkistan və Macarıstanın bu iclasda iştirakı buna sübutdur. Ölkədə keçirilən seçkilər haqqında danışan Prezident Sooronbay Jeenbekov bildirib ki, 2015-ci ildə Qırğızıstanda parlament, 2017-ci ildə isə prezident seçkiləri keçirilib. Hər iki seçki şəffaf və ədalətli əsasda baş tutub.
Nümayəndə heyətlərinin
rəhbərləri Sooronbay Jeenbekovu prezident
seçilməsi münasibətilə təbrik edib, ona uğurlar
arzulayıblar. Qeyd edilib
ki, TürkPA çərçivəsində
ikitərəfli əlaqələr bundan sonra da dinamik
inkişaf edəcək. Bildirilib
ki, 2018-ci il
TürkPA-nın yubiley ilidir,
qurumun 10 illiyi məhz
Qırğızıstanın sədrliyi ilə keçiriləcək.
Azərbaycan.- 2017.-9 dekabr.- S.3.