“Diplomatik xidmət haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 567; 2002, ¹ 12, maddə 703; 2004, ¹ 6, maddə 414; 2005, ¹ 10, maddə 873; 2008, ¹ 3, maddə 155; 2009, ¹ 6, maddə 399; 2011, ¹ 2, maddə 71; 2013, ¹ 4, maddə 365; 2015, ¹ 10, maddə 1084; 2016, ¹ 2, (I kitab), maddə 188; 2017, ¹ 6, maddə 1041, ¹ 7, maddə 1250) aşağıdakı dəyişikliklər edilsin:
1. 15-ci maddə üzrə:
1.1. adında “və elm müəssisələrinə” sözləri “müəssisələrinə, elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilsin;
1.2. 15.1-ci maddədə “və elmi müəssisələrə” sözləri “müəssisələrinə, elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilsin.
2. 26.3-cü maddədə “aspiranturaya (doktoranturaya) və elmi müəssisələrə” sözləri “elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr
2017-ci il
Azərbaycan.-
2017.- 10 dekabr.- S.1.