Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli
478-IIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 537; 2006, ¹ 2, maddə 67; 2015, ¹ 2, maddələr 87, 89; 2016, ¹ 6, maddə 983) ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin 3.1.10-cu maddəsində “vergi və kommersiya” sözləri “vergi, kommersiya və bank” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr
2017-ci il
Azərbaycan.-
2017.- 10 dekabr.- S.3.