Ədalət... Ləyaqət... Bərabərlik...

 

Müstəqil Azərbaycan dövləti milli inkişafın ən vacib şərti olan insan hüquqlarının müdafiəsinə hər zaman sadiqlik nümayiş etdirir

 

Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hər kəsin anladığı və qəbul etdiyi əvəzsiz nailiyyətdir. Çünki istənilən cəmiyyətin və dövlətin inkişafı demokratiyanın ali prinsiplərindən biri sayılan insan hüquqlarına hörmət olmadan, insan hüquqlarının nə olduğunu dərk etmədən mümkün deyil.

Demokratik prosesslərin və milli inkişafın ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi hər bir dövlətin ali vəzifəsidir.

Müasir dövrdə insan hüquq və azadlıqları sahəsində baş verən köklü dəyişikliklər həm milli, həm də beynəlxalq qanunvericilik normaları əsasında tənzimlənir. Hər hansı dövlətin hüquq sistemini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək mümkün deyil.

Müstəqilliyinin bərpasından sonra dünya birliyinin üzvü kimi demokratik, hüquqi inkişaf yolunu seçən Azərbaycanda insan hüquqlarının demokratik dəyərlər çərçivəsində təmini bu sahədə dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Azərbaycanın dünya birliyində müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi, habelə müdafiə olunması məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev son 14 ildə respublikamızda insan hüquq və azadlıqlarının təmini prosesini daha da təkmilləşdirmiş və Azərbaycan bu sahədə böyük uğurlara imza atmışdır.

Ümumiyyətlə, insan hüquqlarının universial səviyyədə müdafiəsi ideyası ilk dəfə BMT Nizamnaməsində öz əksini tapmışdır. Burada irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hörmətin dəstəklənməsi və həvəsləndirilməsi BMT-nin əsas məqsədlərindən biri kimi bəyan edilmişdir. İnsanların əsas hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsi və buna riayət edilməsinə dəstək verilməsi (55-ci maddə) və bundan ötrü BMT ilə birgə və ya müstəqil tədbirlər görülməsi (56-cı maddə) üzv dövlətlərin üzərinə vəzifə kimi qoyulmuşdur. İnsan hüquqlarına etinasız yanaşan, bu hüquqları kobud və kütləvi şəkildə pozan dövlətlər yuxarıda göstərilən nizamnamə öhdəliklərini yerinə yetirməmiş hesab olunurlar.

BMT Nizamnaməsində konkret hüquq və azadlıqlar sadalanmasa da, hansı hüquqların əsas insan hüquqlarına aid olması məsələsi 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyasının 217 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsində öz əksini tapmışdır. 30 maddədən ibarət olan bu sənəddə vətəndaş və siyasi hüquqlardan başqa, bir sıra iqtisadi, sosial və mədəni hüquqlar da təsbit olunmuşdur. Bəyannamə BMT Baş Assambleyasının qətnaməsidir və onun müddəalarının bilavasitə məcburedici qüvvəsi yoxdur. Lakin dövlətlərin insan hüquqları sahəsində ümumi təcrübəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bu müddəalar artıq, beynəlxalq adət hüququnun bir hissəsinə çevrilmişdir.

Bəyannamə ilə qorunan ədalət, ləyaqət, bərabərlik, iştirak tələbləri dünyanın hər yerində insanları səfərbər edir. İnsan hüquqlarının qorunması BMT-nin təməl prinsiplərindən biridir və təşkilat təsis olunduğu gündən bu missiyanı davam etdirir.

Uzun müddət sovet rejiminin qanunları ilə idarə olunmuş, lakin XIX əsrin axırlarında müstəqilliyini bərpa etmiş Azərbaycan dövləti az bir zaman kəsiyində bu rejimin insan hüquq və azadlıqları ilə bağlı müəyyən etdiyi qaydaları dəyişdirməli, ölkə qanunçuluğunu beynəlxalq hüquq normalarına uyğunlaşdırmalı idi. Əslində, yeni qanunların qəbulu zamanın sifarişi idi.

1991-1993-cü illər ərzində ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələr, vətəndaş qarşıdurması, anarxiya və özbaşınalıq insan hüquq və azadlıqlarının təminatı mexanizminin fəaliyyətini dayandırmışdı və belə bir şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev dövlət quruculuğuinsan haqları sahəsində köklü islahatlara başladı: 1993-cü ildən Azərbaycanda ölüm hökmü cəzası üzərində moratorium qoyuldu. 1998-ci ildə bu cəza növü tamamilə ləğv edildi. Ümummilli liderin rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ilin noyabr ayının 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında isə insan haqlarının qorunması dövlətimizin ali məqsədi kimi önə çıxarıldı.

Konstitusiyanın qəbulundan sonra Azərbaycanda insan hüquqları ilə bağlı bir sıra yeni normativ hüquqi aktlar qəbul olunmuş, mövcud qanunvericilik aktlarına xeyli sayda dəyişikliklər edilmiş, insan hüquqları sahəsində 30-a yaxın beynəlxalq konvensiya və sazişlər imzalanmışdır. Ulu öndərin 1998-ci il 22 fevral tarixliİnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmişİnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” insan hüquqlarının təminatı ilə bağlı yeni mexanizmlərin hazırlanması istiqamətində fundamental sənədlər hesab olunur. Təsdiq edilən dövlət proqramında eyni zamanda, ölkəmizdə insan hüquqları üzrə müvəkkili təsisatının yaradılması nəzərdə tutulmuşdur. Ombudsman təsisatının yaradılması isə hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi.

2001-ci il dekabrın 28-də Milli Məclisdə “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili haqqında” Konstitusiya qanununu qəbul edilmiş və müvəkkil təsisatının yaradılması, fəaliyyəti üçün maddihüquqi baza formalaşdırılmışdır. 2002-ci il martın 5-də ulu öndər Heydər Əliyev “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə fərman imzalamışdır. 2002-ci il iyulun 2-də Milli Məclisdə Azərbaycanın ilk ombudsmanı seçilmişdir.

İnsan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev 2007-ci ildə sərəncam imzalayaraq bu sahədə dövlət proqramının qəbul olunduğu günü - iyunun 18-ni Azərbaycanda İnsan Hüquqları Günü elan etmişdir.

Ümummilli lider tərəfindən insan hüquqları sahəsində aparılan islahatların uğurlu davamı olaraq Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycanda İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nı təsdiq olunmuşdur. Bu sənəd faktiki olaraq ulu öndər tərəfindən qəbul edilmişİnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramı”nın məntiqi davamı olmaqla insan hüquqlarına yeni bir baxış sərgiləmiş, dövlət və vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.

Milli fəaliyyət planı son dövrlərdə insan hüquqları sahəsində əldə olunan ən böyük nailiyyətlərdən biri kimi ölkəmizdə siyasi sahədə milli maraqlardan biri olan insan hüquqlarının təmini üzrə görülən ardıcıl tədbirlərin genişləndirilməsində, hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasının gücləndirilməsində yeni mərhələnin başlanğıcı olmuşdur.

Dövlət başcısının 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqalrının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilmişdir. Burada əhalinin müxtəlif, o cümlədən həssas qruplarına aid olan şəxslərin - qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının hüquqlarının təmin edilməsində səmərəliliyin artırılması məqsədi ilə fəaliyyət istiqamətləri müəyyən olunmuşdur.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 2000-ci ildən indiyədək 300-ə yaxın dəyişikliklər edilmişdir ki, bu dəyişikliklərin böyük əksəriyyəti humanistləşdirməyə, liberallaşdırmaya, azadlıqdan məhrumetmə cəzalarının azaldılmasına və bütövlükdə insan hüquq və azadlıqlarının təminatı mexanizminin təkmilləşdirilməsinə xidmət etmişdir.

Göründüyü kimi, insan hüquq və azadlıqlarının təminatı Azərbaycan dövlətinin yeritdiyi siyasətin prioritet istiqamətlərindən biridironun daim təkmilləşməsi yönümündə mütəmadi aparılır.

Müstəqil Azərbaycan həm də söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Həyata keçirilən hüquqi islahatların qayəsini ilk növbədə, insan hüquqlarının etibarlı təminat, vətəndaşlara qayğılı münasibət, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi təşkil edir, bu da təbiidir. “Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır” - deyən ölkə Prezidenti mütəmadi olaraq ictimayyətlə görüşərək, vətəndaşların qayğıları ilə maraqlanır, onların müraciətlərinə həssaslıqla yanaşılmasını daim diqqət mərkəzində saxlayır, humanizm siyasətini uğurla davam etdirir. Təsadüfi deyil ki, ötən dövrdə möhtərəm Prezidentin imzaladığı sərəncamlarla 3800-dən cox şəxs azadlığa qovuşmuş, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş 4 amnistiya aktı 40 mindən çox şəxsə şamil edilmişdir.

Düşünürəm ki, Prezident İlham Əliyevin cəza siyasətində dekriminallaşdırma və humanistləşdirmə meyillərinin üstünlük təşkil etməsi dövlətimizin iqtisadi, siyasi, sosialsair sahələrdə əldə etdiyi uğurlarbununla bağlı beynəlxalq aləmdə güclü dövlətlərə xas olan artan nüfuzunun hamı tərəfindən qəbul edilməsi ilə şərtləndirilir.

Güclü dövlət” konsepsiyasının gündəmə gətirilməsi insan hüquq və azadlıqlarının müdafiəsi məsələsinə yeni bucaqdan baxılmasını zəruri etmişdir. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, güclü dövlət anlayışını, ilk növbədə, dövlətin iqtisadisiyasi sistemini legitimlik əsasında idarə etmək bacarığı kimi başa düşmək lazımdır. Müəllif haqlı olaraq qeyd edir ki, “güclü dövlət dünyəvi dövlətdir. Güclü dövlət trasparent dövlət idarəetmə sistemini dəstəkləmək üçün vətəndaşın demokratiklik hüququndan, demokratiyanın ifrat həddə yuvarlanmasının və nəticədə çıxılmaz vəziyyətə düşməsinin qarşısını alan güclü hüquq-mühafizə strukturları ilə birlikdə istifadə edə bilən dövlətdir... İnsan hüquqlarına və azadlıqlarına hörmət etməyən güclü dövləti təsəvvürə gətirmək mümkün deyildir”.

İnsan hüquq və azadlıqları və onun təminatı mexanizmi arasındakı münasibətlərdə ən optimal variantı tapmaq heç də sadə məsələ deyildir, əksinə, kifayət qədər mürəkkəb və qlobal problemdir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin sözügedən problemin həlli istiqamətində mühüm rol oynadığı heç kimdə şübhə doğurmur.

Dövlət başçısının praqmatik siyasətinin əsas istiqamətlərindən biri demokratikləşmə prosesini, siyasihüquqi islahatları cəmiyyətin inkişaf ahənginə uyğun daha da dərinləşdirmək, son nəticədə qanunun aliliyini, insan hüquqlarının prioritetliyini bütün səviyyələrdə təmin etməkdir. İqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratikiqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şərti ilə real hesab edir.

Oktyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində cənab Prezident bir daha vurğulamışdır ki, Azərbaycanda heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar tam şəkildə təmin edilir: Demokratiyaya bizim bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurlu surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin”- deyən dövlət başçısı ölkəmizdə bundan sonra da bütün azadlıqların təmin ediləcəyini vurğulamışdır.

Bu sahədə qazanılan uğurlar bir daha təsdiq edir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi yüksək nəticələrin əldə olunmasına imkan yaradır. Ölkəmizdə insan hüquqlarının təmini istiqamətində həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas şərtlərindən biri kimi çıxış etməklə nəinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir.

Azərbaycan insan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulmuşdur. İnsan hüquqlarının və azadlıqlarının qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin ifadəsi kimiİnsan hüquqlarının və əsas azadlıqların qorunması haqqında” Avropa Konvensiyasından və “Mülkisiyasi hüquqlar haqqında” beynəlxalq paktdan irəli gələn öhdəliklərin genişmiqyaslı implementasiyası təmin edilmişdir.

Ölkəmizin insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən tanınmış Avropa institut və “beyin mərkəzləri”ndə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər dövlətin insan hüquqlarına verilən xüsusi diqqətinin göstəricisidir.

Yeri gəlmişkən, Bilik Fondu tərəfindən insan hüquq və azadlıqlarının təminatı ilə əlaqədar dövlət başçısının yeritdiyi siyasətlə bağlı ardıcıl olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Carı ildə “Ümumilli lider Heydər Əliyev Azərbaycanda dövlət quruculuğunun banisidir” və “Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında muxtəlif regionlarda 100-ə qədər mühazirə təşkil olunmuş, Azərbaycan Milli Elmlər Akademiyası, Konstitusiya Məhkəməsi və Bilik Fondunun birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimimövzusunda insan hüquqları gününə həsr olunmuş elmi konfrans keçirilmiş, Bilik Fondu Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “İnsan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmləri: reallıqlar və perspektivlər” mövzusunda “dəyirmi masa” təşkil etmişdir.

Yeni Azərbaycan Partiyası və Bilik Fondunun birgə layihəsi əsasında “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi haqqında” Referendum Aktı layihəsinin şərhi ilə bağlı tanınmış hüquqşünas alimlərin və mütəxəssislərin məqalələrindən ibarət kütləvi tirajla kitab nəşr edilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektoriyası seriyasından “Heydər Əliyev Azərbaycanda dövlət quruculuğunun banisidir” məqalələr toplusu buraxılaraq maarifləndirici fəaliyyətlə məşğul olan idarə, müəssisə və təşkilatlara göndərilmiş, “İslam həmrəyliyi ili”ndə “Vicdan azadlığının konstitusion hüquqi əsasları” mövzusunda müxtəlif bölgələrdə 20-dən çox mühazirə təşkil edilmişdir.

Fondda hüquqi maarifləndirmə işinin effektivliyini artırmaq məqsədi ilə respublikanın tanınmış hüquqşünas alim və mütəxəssisləri, Milli Məclisin deputatları, müxtəlif nazirliklərin nümayəndələrindən ibarət koordinasiya şurası yaradılmışdır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin rəhbərlik etdiyi bu şura insan hüquqları ilə bağlı respublikamızın regionlarında ardıcıl maarifləndirici tədbirlər həyata keçirir.

Ölkə Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixliPenitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı və bu əsasda Cinayət, Mülkiİnzibati Prosessual qanunvericiliyə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində edilmiş əlavə və dəyişikliklər fondun maarifləndirmə işinin əsas leytmotivini təşkil edir. Bir sıra beynəlxalq institutların, tanınmış ekspertlərin də etiraf etdiyi kimi, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı istiqamətində yaradılmış qanunvericilik bazası, hətta bir çox sivil Avropa ölkələrinə də nümunə ola bilər. Ölkəmizin “ASAN xidmət” institutunun nümunəsinin bir sıra ölkələrdə uğurla tətbiqi bunu bir daha təsdiq edir.

 

İsaxan VƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun aparat rəhbəri, hüquq üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2017.- 10 dekabr.- S.6.