Hər iki ölkə münasibətləri
inkişaf etdirmək niyyətindədir
Dekabrın 11-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanla Rusiya arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini deyib. Milli Məclisin sədri əlaqələrin möhkəmləndirilməsində dövlət başçılarının münasibətlərinin rolunu xüsusi vurğulayıb. Spiker qanunverici orqanların qarşılıqlı əlaqələrini yüksək qiymətləndirib, parlamentarilərin beynəlxalq qurumlardakı birgə fəaliyyətindən məmnunluğunu ifadə edib.
Oqtay Əsədov Azərbaycanda rus dilinin, mədəniyyətinin qorunub saxlanılması, rusdilli təhsil müəssisələrinin və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi istiqamətində ölkəmizdə görülən işlərdən danışıb.
Leonid Kalaşnikov ölkəmizə səfərindən
məmnunluğunu bildirib. O, Azərbaycan-Rusiya
ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə
uğurlarından geniş söz
açıb.
Azərbaycan.-
2017.-12 dekabr.- S.2.