Azərbaycan Respublikasının Əmək Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsini “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 213; 2001, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr 672, 679, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 2, ¹ 5, maddə 241, ¹ 6, maddə 328; 2003, ¹ 1, maddələr 9, 23; 2004, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 6, maddə 413, ¹ 7, maddə 505, ¹ 9, maddə 672, ¹ 12, maddə 981; 2005, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə 560, ¹ 10, maddə 874, ¹ 11, maddə 1001, ¹ 12, maddə 1094; 2006, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə 385, ¹ 11, maddə 923, ¹ 12, maddələr 1004, 1025, 1030; 2007, ¹ 5, maddələr 401, 437, ¹ 6, maddə 560, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1049, 1053; 2008, ¹ 3, maddə 156, ¹ 7, maddələr 600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə 960; 2009, ¹ 2, maddə 48, ¹ 5, maddə 294, ¹ 6, maddə 399, ¹ 12, maddələr 949, 969; 2010, ¹ 2, maddələr 70, 75, ¹ 4, maddə 275; 2011, ¹ 1, maddə 11, ¹ 2, maddələr 70, 71, ¹ 6, maddə 464, ¹ 7, maddə 598; 2012, ¹ 11, maddə 1054; 2013, ¹ 2, maddələr 89, 101, ¹ 11, maddə 1268; 2014, ¹ 2, maddə 92, ¹ 10, maddə 1162, ¹ 11, maddə 1339, ¹ 12, maddə 1527; 2015, ¹ 2, maddə 97, ¹ 3, maddə 250, ¹ 6, maddə 680; 2016, ¹ 2 (I kitab), maddələr 190, 201, ¹ 5, maddə 847, ¹ 11, maddə 1767; 2017, ¹ 6, maddələr 1031, 1048; Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 716-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin 3-cü hissəsində “elmi tədqiqat və” sözləri “elmi müəssisə və təşkilatlar,” sözləri ilə əvəz edilsin.
2. 50-ci maddənin 2-ci hissəsinin birinci cümləsində “bir qayda olaraq elm,” sözləri “elmi müəssisə və təşkilatlar və” sözləri ilə əvəz edilsin.
3. 65-ci maddənin 2-ci hissəsinin ikinci cümləsinə “üç ildə” sözlərindən sonra “, elmi işçilər isə beş ildə” sözləri əlavə edilsin.
4. 118-ci maddənin 1-ci və 2-ci hissələrinin “e” bəndində “elmi tədqiqat müəssisələrinin” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr
2017-ci il
Azərbaycan.-
2017.- 13 dekabr.- S.2.