“Müdafiə haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, ¹ 23-24, maddə 671; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 3, maddə 148, ¹ 11, maddə 683; 2004, ¹ 5, maddələr 312, 319; 2005, ¹ 7, maddə 576; 2006, ¹ 3, maddə 219, ¹ 5, maddə 385, ¹ 11, maddə 933) 5-ci maddəsinin ikinci hissəsinin yeddinci abzasında “ və elmi tədqiqat təşkilatlarını” sözləri “, elmi müəssisə və təşkilatlarını” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr
2017-ci il
Azərbaycan.-
2017.- 13 dekabr.- S.2.