Azərbaycan həm “Expo” hərəkatına,
həm də dünyaya fərqli və
özünəməxsus töhfə verə bilər
Dekabrın 12-də Bakıda səfərdə olan Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, Heydər Əliyev Mərkəzinin direktoru, Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov və “Expo-2025” Bakı Əməliyyat Katibliyi ilə işçi məsləhətləşmələr keçirib.
AZƏRTAC xəbər verir ki, görüşlərdə baş katibin müavininə Bakının namizədliyi çərçivəsində Azərbaycanda aparılan və növbəti aylar ərzində aparılacaq hazırlıq işləri haqqında ətraflı məlumat verilib.
Dimitri
Kerkentzes bildirib ki, Azərbaycan “Expo” hərəkatında
nisbətən yeni və vacib
ölkə olaraq həm “Expo”
hərəkatına, həm də dünyaya
fərqli və özünəməxsus töhfə verə
bilər. Bu baxımdan Bakının
2025-ci ildə Ümumdünya Sərgisinə
ev sahibliyi etməsi üçün bütün
lazımi imkanlar və şərait var.
Azərbaycan.-
2017.-13 dekabr.- S.4.