Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir

 

On il tarix üçün böyük vaxt sayılmasa da, nəinki bir insanın, hətta bütövlükdə xalqın və dövlətin taleyi, müqəddəratı üçün əhəmiyyətli zaman kəsiyidir. Gələcəyə doğru əmin addımlarla irəliləyən Azərbaycan üçünbu illər çox mühüm hadisələrlə yaddaqalan oldu. Ölkəmiz ötən on il ərzində bir çox yeniliklərə, ilklərə imza atdı. Respublikamız Cənubi Qafqaz regionunda əhəmiyyətli mövqeyirolu olduğunu təsdiq etdi.

Dünyada sülh, sabitlik və təhlükəsizlik problemlərinin həllinə, tolerantmultikultural ideyaların təbliğinə xidmət edən bir sıra qlobal forumların, konfransların məhz Azərbaycanın paytaxtında düzənlənməsi də məqsədyonlü şəkildə həyata keçirilən uğurlu işlərin nətiçəsidir.

Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafı sahəsində fəaliyyəti ilə də təqdir olunur. Son on ildə bu istiqamətdə xüsusilə diqqətəlayiq işlər görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2017-ci il tarixli “Bakı prosesinin 10-cu ildönümünün qeyd edilməsi haqqında” sərəncamı da həmin uğurlu fəaliyyətin ifadəsidir.

Azərbaycanın paytaxtında 2011-2016-cı illərdə I, II, III, IV və V Bakı beynəlxalq humanitar forumları keçirildi. İlk dəfə 2010-cu ilin yanvarında Azərbaycan və Rusiyanın dövlət başçıları belə bir forumun keçirilməsi təşəbbüsü ilə çıxış etdilər. Prezident İlham Əliyevin 24 oktyabr 2011-ci il tarixli digər fərmanına əsasən, Bakı Beynəlxalq Humanitar Forumunun müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq miqyasda qaldırdığı problemlərin aktuallığı nəzərə alınaraq onun ənənəvi şəkildə təşkili zəruri sayıldı.

Ötən ilin sentyabrında keçrilən V Bakı Beynəlxalq Humanitar Forumu da iştirakçılarının geniş tərkibi və təşkilati vüsəti ilə yaddaqalan oldu. Qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə dünyanın 80-nə yaxın ölkəsindən 15-i Nobel mükafatçısı olmaqla, 400-dən çox nümayəndə - dünyanın tanınmış dövlət, siyasi, elm və mədəniyyət xadimləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak etdilər. V Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxış edən Prezident İlham Əliyev bildirdi: “Bu forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur”.

Ölkə rəhbəri Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələrinin bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşadığını, heç vaxt ölkəmizdə dini-milli zəmində qarşıdurma, yaxud anlaşılmazlıq olmadığını nəzərə çatdırdı: Eyni zamanda, bu beynəlxalq, siyasihumanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər”.

Xatırladaq ki, ölkəmizin üzləşdiyi münaqişə ilə bağlı reallıqları, Ermənistanın işğalçı siyasəti barədə həqiqətləri dünyaya bəyan etmək baxımından da Bakı beynəlxalq humanitar forumları böyük əhəmiyyət daşıyır.

 

İslam həmrəyliyi - zamanın çağırışı”

 

Bu il ölkəmizdə düzənlənən mötəbər tədbirlərdən biri də Bakıda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə martın 15-də baş tutdu. “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusunda keçirilən bu beynəlxalq konfransda da mühüm məsələlər müzakirəyə çıxarıldı.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirdi ki, islamın təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül ideyaları həm müsəlman ümməti, həm bütün qeyri-müsəlmanlar üçün mühüm dəyər kəsb edir. O, əsrlər boyu islam sivilizasiyasının ayrılmaz hissəsi kimi müsəlman intibahında mühüm rol oynamış Azərbaycanın bu günislam dünyasının önündə gedən dövlətlərdən biri olduğunu, ölkəmizin ümumbəşəri əhəmiyyət daşıyan ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qoruduğunu vurğuladı: “Millidini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Təbii ki, burada dövlətimizin başçısının siyasi iradəsi böyük önəm daşıyır”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri dövlət başçısı İlham Əliyevin xalqımızın milli, dinitarixi irsinə yüksək diqqət və qayğısı sayəsində ölkəmizin humanitar və mədəniyyətlərarası dialoq məkanına çevrildiyini diqqətə çatdırdı: “İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət, dini həmrəylik proseslərində öndə getməyə qadirdir. Müasir Azərbaycan dövlətçiliyinin banisi, islam dəyərlərinə müstəsna qiymət verən ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik dururdu. Prezident İlham Əliyevin elan etdiyi istər multikulturalizm, istərsə də islam həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə dəyərli töhfəsidir”.

Şeyxülislam Azərbaycanda dini-mənəvi irsin elmlə dinin vəhdəti zəminində inkişaf etdiyini, ölkəmizdə İslami maarifləndirmə işlərinə böyük önəm verildiyini nəzərə çatdırdı.

Dünyanı islam həmrəyliyinə səsləyən Azərbaycan bu konfransın da yekun müddəası kimi bütövlükdə planetimizi həmrəyliyə, birliyə və mehribanlığa çağırdı.

 

Qlobal hərəkata çevrilən forum

 

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür. Forumun əsas məqsədi siyasi, mədəni və dini sahələrdə əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etməkdir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyadakı mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikirkonsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsi üçün mühüm beynəlxalq platformaya çevrilib. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təşərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO kimi dünyanın nüfuzlu beynəlxalq qurumları forumunprosesin tərəfdaşlarıdır.

İki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal hərəkata çevrilərək nüfuzlu beynəlxalq təşkilatları birləşdirən nadir platforma kimi dünya siyasətində əhəmiyyətli yer tutur.

Əvvəlki illərin davamı olaraq 2017-ci ildə də Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi etdi. Bunlardan biri - IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oldu. 2017-ci ilin mayında təşkil olunan IV Bakı Forumu əvvəllər keçirilən forumların uğurlu nəticələrinə söykənərək mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf, inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafına səy göstərdi, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə töhfəsini verdi.

 

Azərbaycan dünyanı mədəniyyətlərarası dialoqa səslədi

 

Azərbaycan paytaxtında təşkil olunan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya xalqlarının müqəddəratında mühüm rolu olan məsələdə yenidən öz sözünü dedi və həyatın bütün sahələrində fundamental dəyişikliklərin getdiyi, elmin və təhsilin inkişaf etdiyi, yeni texnologiyaların yarandığı, informasiya cəmiyyətinin formalaşdığı bir vaxtda dünyamızı ən çox ehtiyac duyduğu mədəniyyətlərarası dialoqa səslədi.

Bu beynəlxalq tədbir yüksək səviyyədə təşkil olundu. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ətrafında beynəlxalq təşkilatların rəhbərlərini, yüksək səviyyəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, tanınmış elm adamlarını, ziyalıları da birləşdirdi. Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə keçirilən sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlərarası və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzuları gündəmə gətirildi.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün keçirlilməsi təşəbbüsü Azərbaycan hökuməti tərəfindən irəli sürüldü. Həmin təşəbbüs qlobal miqyasda narahatlıq doğuran məsələlərin həllində beynəlxalq səviyyədə müştərək fəaliyyət mexanizminin daha effektiv olması üçün yeni imkanlar yaratmaq baxımından əhəmiyyətlidir.

Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə bərabər, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə mövcud problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə olunmuş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də forumda müzakirə mövzusuna çevrildi.

“Bakı prosesinin sülh və əməkdaşlığı möhkəmləndirən qlobal, uğurlu platforma olduğunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş 2017-ci ilin sentyabrında keçirilmiş BMT Baş Assambleyasının 72-ci sessiyasındakı “Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda məruzəsində də diqqətə çatdırdı. BMT-nin Baş katibi məruzəsinin dayanıqlı inkişafın maraqları baxımından dialoqa, onun etnik, dini, sosial və mədəni tərkib hissələri məsələlərinə həsr edilən bölməsində Azərbaycanın UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə keçirdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu xüsusi qeyd etdi. O bildirdi ki, 2008-ci ildən reallaşdırılan “Bakı prosesi” mədəniyyətlər arasında dialoqun dəstəklənməsi cəhdlərində əsas yer tutur, bu proses çərçivəsində iki ildən bir keçirilən ümumdünya forumu isə mədəniyyətlərarası dialoqun təşviqi üçün zəruri qlobal platforma kimi özünü təsdiqləyib. Məruzədə o da qeyd olundu ki, 2017-ci il mayın əvvəlində “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlarmövzusunda Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əvvəlki forumlarda olduğundan daha çox nümayəndə iştirak etdi, daha çox tədbirlər və işçi iclaslar keçirildi.

On ildir ki, “Bakı prosesi” mədəniyyətlərarası dialoqun qurulmasında, beynəlxalq təşkilatların əməkdaşlığında mühüm rol oynayır. Həm də elə bir vaxtda ki, müharibələr, siyasi qarşıdurmalar, terror hadisələri hansı ölkədə baş verməsindən asılı olmayaraq bütün bəşəriyyəti narahat etməkdədir. Şübhəsiz, dünyamızın gələcəyini düşünən hər kəs onun sabahından nigaran olmalıdır. Gündən-günə artan gərginliyə, düşmənçiliyə mədəniyyətlərarası dialoqla, anlaşma ilə son qoymaq mümkündür. Yaşadığımız narahat dünyada qlobal səviyyədə meydana çıxan problemlərin həllini bu yolla tapmaq olar. Sülhə, əməkdaşlığa və dialoqa sadiqliyini daim nümayiş etdirən Azərbaycan bu istiqamətdə məqsədyönlü işlər həyata keçirməkdədir. Son on ildə ölkəmizin paytaxtında olan rəngarəng tədbirlər və müvafiq təşkilatların müəyyən etdiyi işlər də bunu təsdiq edir.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirdi. Ümumiyyətlə, respublikamız həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri qurmağa nail olub. Həmçinin ölkəmizdə sülh, sabitlik hökm sürür, multikultural dəyərlərə üstünlük verilir. Xalqımızın çoxəsrlik tolerantmehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Çünki əsrlər boyu olduğu kimi, indi də Azərbaycanda müxtəlif xalqların nümayəndələri, fərqli dinlərə sitayiş edənlər dostluq, qardaşlıq şəraitində yaşayırlar. İctimai-siyasi sabitlik, dini, milli, irqi dözümlülük və tolerantlıq amilləri ilə seçilən bu ölkə qloballaşan dünyamızın gələcəyini də mədəniyyətlərarası münasibətlərin inkişafında görürson illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında mühüm rol oynayır. Bu cür tədbirlər də mədəniyyətlərarası dialoq, sülh, əməkdaşlıq, irqidini dözümsüzlük hallarının aradan qaldırılması və digər bu kimi qlobal məsələlərin müzakirəsi üçün əhəmiyyətlidir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2017.-14 dekabr.- S.6.