“Əməkdar mühəndis” fəxri adının
verilməsiAzərbaycan Respublikasının müdafiə sənayesi
işçilərinə “Əməkdar mühəndis” fəxri
adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası müdafiə sənayesinin yaradılmasında və inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Əsədov Feyruz Zəfər oğlu
Qasımov Qulu Qasım oğlu
Qocayev Cahid Adıgözəl oğlu
Məmmədov Cavid Xəlil oğlu.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 dekabr 2017-ci il
Azərbaycan.- 2017.-15 dekabr.-
S.2.