Xudu Məmmədov xalqımızın yetişdirdiyi
böyük şəxsiyyətlərdən
biridir
Görkəmli kristalloqraf
alimin anadan olmasından 90 il
ötür
Dekabrın 14-də doğum günü qeyd edilən görkəmli kristalloqraf alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir
üzvü Xudu Məmmədov yaxın tariximizdə xalqımızın
yetişdirdiyi böyük
şəxsiyyətlərdən biridir. Bu gün X.Məmmədovun
anadan olmasından 90 il ötür.
Kristalloqrafiya, kristallokimya, quruluş
mineralogiyası, simmetriya
nəzəriyyəsi, quruluş
təhlili sahələrində
dünyada tanınmaqla
bərabər, fəlsəfə,
mədəniyyətşünaslıq sahələrində tədqiqatları
alimə dünya şöhrəti gətirib.
X.Məmmədov ilk dəfə “Bakı kristalloqrafiya məktəbi”
yaradıb, onun rəhbərliyi ilə
40-dan çox yüksək
səviyyəli alim hazırlanıb, onlardan
30-u namizədlik, 10-u isə
doktorluq dissertasiyası
müdafiə edib. Görkəmli
alimin yetirmələrindən
biri də Bakı Dövlət Universitetinin kristalloqrafiya,
mineralogiya və geokimya kafedrasının müdiri, professor Məmməd Çıraqovdur.
AZƏRTAC-a müsahibəsində
görkəmli alimin həyat və fəaliyyətindən danışan
M. Çıraqov bildirib
ki, Xudu Məmmədov 1927-ci il dekabrın 14-də
Azərbaycanın gözəl
guşələrindən biri
sayılan Ağdam rayonunun Mərzili kəndində anadan olub. O, Mərzili kəndində yeddiillik məktəbi bitirib, rayonun bir nömrəli
orta məktəbində
təhsilini davam etdirib. 1946-cı ildə
orta məktəbi bitirən X.Məmmədov
Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya
fakültəsinin geologiya
şöbəsinə daxil
olub. Elə ilk dövrdən də parlaq zəkası, fitri istedadı və zəhmətsevərliyi ilə
müəllimlərinin diqqətini
cəlb edib. Gənc Xudunun sevimli müəllimi Heydər Əfəndiyev olub. Tanınmış geokimyaçı alim, gözəl pedaqoq H.Əfəndiyevlə
yaxın ünsiyyət
onun gələcək
elmi yaradıcılığının
formalaşmasında böyük
rol oynayıb. Odur ki, X.Məmmədov
özünün tərcümeyi-halında,
elmi görüşlərində,
müşahidələrində müəllim və müəllimlik sənəti
haqqında iftixarla danışıb: “Müəllim
yalnız dərs deyən, sadəcə olaraq bir-iki saat sinif otaqlarında
şagird və tələbələrlə təmasda
olan şəxsiyyət,
adi tərbiyəçi
deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə
nümunə olan, sabahın qurucularını
hazırlayan, millətin
gələcəyi üçün
böyük məsuliyyət
daşıyan canlı
bir varlıqdır. O,
adi gəncdən tutmuş bütün dünyanın müəllimidir”.
1951-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirən X.Məmmədov Azərbaycan
Elmlər Akademiyasının
Kimya İnstitutuna təyinat alıb. X.Məmmədov sonra SSRİ Elmlər
Akademiyasının Kristalloqrafiya
İnstitutunun aspiranturasına
daxil olub.
X.Məmmədovun elmi nailiyyətlərindən bəhs
edən M.Cıraqov bildirib ki, 1955-ci ildə X.Məmmədov
SSRİ Elmlər Akademiyasının
Kristalloqrafiya İnstitutunun
Elmi Şurasında “Kristalloqrafiya və kristallofizika” ixtisası üzrə “Ksonotlit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyasını
müdafiə edib və geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini
alıb. Elmi Şuranın sədri,
Kristalloqrafiya İnstitutunun
yaradıcısı və
direktoru olmuş akademik Aleksey Şubnikov gənc X.Məmmədov tərəfindən sement silikatlarından ksonolit və vollastonit minerallarının quruluşlarının
açılmasını SSRİ Elmlər Akademiyasının
ən böyük nailiyyətlərindən biri
kimi qiymətləndirib.
X.Məmmədov bir neçə dəfə görkəmli alim Con Bernalın qonağı olub, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışıb. Onun Con Bernalın
laboratoriyasında apardığı
araşdırmalar London laboratoriyası
əməkdaşlarının məqalələrində yer
alıb və alimi kristalloqrafların görkəmli liderlərindən
biri kimi tanıdıb. SSRİ Elmlər Akademiyasının
Kristalloqrafiya İnstitutunun
aspiranturasını bitirib
1955-ci ilin oktyabrında
elmlər namizədi kimi Bakıya qayıdan X.Məmmədov
Azərbaycan Elmlər
Akademiyasının Kimya
İnstitutuna baş elmi işçi kimi qəbul olunub. Elə həmin ildə
yaradılan kristallokimya
laboratoriyasına rəhbərlik
X.Məmmədova tapşırılıb.
X.Məmmədov 1969-cu ildə Azərbaycan
EA-nın Geologiya İnstitutunda “Kalsium silikatlarının və hidrosilikatların kristallokimyası”
mövzusunda doktorluq dissertasiyası müdafiə
edib və geokimya-mineralogiya elmləri
doktoru alimlik dərəcəsi alıb.
1970-ci illərdə “Bakı kristalloqrafiya məktəbinin” nailiyyətləri
də ölkəmizdə
yüksək qiymətləndirilib.
Ulu öndər Heydər Əliyevin bilavasitə yardımı ilə keçmiş SSRİ-də
ikinci olaraq “Sindex P2” cihazı Bakıya gətirilib.
Bu cihaz müxtəlif
istiqamətlərdə elmi
tədqiqatlar aparmağa
imkan yaradıb.
“X.Məmmədovda
Vətən sevgisi, Azərbaycana məhəbbət
o səviyyədə güclü
idi ki, ona
dünya miqyasında daha yüksək zirvələri fəth etməyə mane olurdu. 1978-ci ildə Varşavada kristalloqrafların beynəlxalq
konqresində iştirak
edərkən bir hadisənin şahidi oldum. X.Məmmədov kristalloqrafik naxışlar
haqqında böyük
müvəffəqiyyətlə çıxış etdi.
Amerika və ingilis nümayəndələri məruzəni
kitab halında çap etmək üçün təkidlə
müqavilə bağlamaq
istədilər. X.Məmmədov isə tam etiraz etdi. Mən müdaxilə etdikdə
isə qətiyyətlə
bildirdi ki, sən ki, bilirsən
mənim ilk monoqrafiyalarımın
oxucuları öz xalqım olmalıdır.
Həmin
əsər Azərbaycan
dilində nəşr
olunsa da, dünya səviyyəsində
uğur qazanmadı.
Sonralar bu əsərin ABŞ-ın “Simmetriya” məcmuəsində “Kristalloqrafik
ornamentlər” adı ilə çıxması
X.Məmmədova böyük
şöhrət gətirib”,
- deyə M.Çıraqov
bildirib.
Alim qeyd edib ki, 1981-ci ildə X.Məmmədovun “Naxışların yaddaşı” kitabı çap olunur. O, qədim naxışların araşdırılması ilə türkçülüyün izlənilməsinin mümkünlüyündən danışırdı. Eramızdan çox-çox əvvəl türklərin məskunlaşdığı ərazilərdə tapılan sənət nümunələrində simmetriya elementlərindən istifadə olunmasını yüksək səviyyədə əsaslandırırdı. Qədim əşyaların üzərində ornamentlərin köçürülmə simmetriyasına tabe olması, XII əsr mağarta memarlıq abidələrinin birində üçtərtibli simmetriya oxuna malik fraqmentin sıx yerləşmə prinsipi ilə müstəvi səthi doldurması və həmin prinsiplə Bərdə türbəsinin (1322-ci il) silindr formalı səthinin dördtərtibli simmetriya elementini saxlamaqla “Allah” kəlməsi ilə doldurulması və s. qədim ornamentlərimizdə müəyyən kristallik maddələrin quruluşu ilə eynilik müşahidə edən X.Məmmədov əcdadlarımızın quruluş təsəvvürlərinə malik olmalarını fərəhlə söyləyirdi. “Naxışların yaddaşı” kitabında X.Məmmədov simmetriya qanunlarından və sıx yerləşmə prinsiplərindən istifadə edərək müxtəlif tip fraqmentlər əsasında fonsuz tablolar toplusu yaratmışdı. Bu yüksək elmi nailiyyətlərin nəticəsi idi ki, 1981-ci ildə Vaşinqtonun beynəlxalq “Perqamon Pres” nəşriyyatının çapdan buraxdığı irihəcmli “Simmetriya” məcmuəsinin “Kristalloqrafik naxışlar” bölməsi X.Məmmədov tərəfindən yazılmışdır.
X.Məmmədov 1970-ci illərin çox sevdiyi ölməz sənətkar Üzeyir Hacıbəylinin xatirəsinə həsr etdiyi “Qoşa qanad” əsərini yazır. M.Çıraqovun sözlərinə görə, bu əsər gənclərin formalaşmasında, onların elmə, sənətə münasibətin dərinləşməsində yüksək dəyərə malik elmi-nəzəri axtarışlarının nəticəsidir. X.Məmmədov deyirdi ki, sənətin vətəndaşlıq duyğusu tərbiyə edən, bu duyğunu itiləşdirən bir vasitə kimi böyük gücü vardır. O qeyd edirdi ki, insanları elmi rəşadətə yönəldən əsas amil Vətən istəyidir. Bu rəşadət nəticəsində yaranan elmi kəşflərin, sənət nailiyyətlərinin faydasını bütün insanlar görmüş, görür və görəcək. Buna görə də güclü elmin və sənətin məkanı bəşəriyyətdir.
Maraqlıdır ki, X.Məmmədov 1988-ci il oktyabrın 15-də sənətinə vurğun olduğu Şərqin böyük dahisi Üzeyir Hacıbəylının Ev Muzeyində dünyasını dəyişib.
X.Məmmədovun elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib.
Unudulmaz alim 1967-ci ildə
"Şərəf nişanı", 1986-cı ildə
“Qırmızı Əmək Bayrağı” ordenləri, Azərbaycan
SSR Ali Sovetinin fəxri
fərmanı və bir sıra medallarla təltif olunub.
Azərbaycan.-
2017.-15 dekabr.- S.7.