Azərbaycan Respublikasının 2009-cu il
4 dekabr tarixli 930-IIIQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya
orqanlarında qulluq keçmə
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu
bəndini rəhbər tutaraq, “Azərbaycan
Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq
keçmə haqqında Əsasnamə”ni “Elm haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli
Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara
alır:
Azərbaycan Respublikasının
2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 972;
2010, № 4, maddə 273, № 5, maddə 385; 2011, № 4, maddə 271;
2012, № 5, maddə 412, № 11, maddələr 1042, 1050; 2013, № 3, maddə
228, № 12, maddə 1468; 2016, № 6, maddə 985; 2017, № 7, maddə
1256, № 8, maddə 1508) ilə təsdiq edilmiş “Miqrasiya
orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin
21-ci maddəsində “elmlər namizədi” sözləri “fəlsəfə
doktoru” sözləri ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
31 oktyabr 2017-ci il
Azərbaycan.-
2017.- 17 dekabr.- S.3.