Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 797; 2014, ¹ 11, maddələr 1351, 1357, ¹ 12, maddə 1539; 2015, ¹ 3, maddə 259, ¹ 6,  maddə 689, ¹ 12, maddə 1436; 2016, ¹ 2 (II kitab), maddə 214, ¹ 6, maddələr 970, 988, 1008, ¹ 7, maddə 1246, ¹ 11, maddə 1794; 2017, ¹ 7, maddə 1312; Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 810-VQD nömrəli Qanunu) 21.9-cu maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 dekabr 2017-ci il

 

Azərbaycan.- 2017.- 17 dekabr.- S.3.