“Heyvanlar aləmi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci
bəndini rəhbər tutaraq, “Heyvanlar aləmi haqqında” Azərbaycan
Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli
Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara
alır:
“Heyvanlar aləmi haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 470; 2004, ¹ 2, maddə 57, ¹
7, maddə 505, ¹ 11, maddə 902; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 6,
maddə 460; 2012, ¹ 11, maddə 1045; 2015, ¹ 4, maddə 363)
aşağıdakı dəyişikliklər edilsin:
1. 33-cü maddənin yeddinci hissəsində “idarələr” sözü “müəssisə” sözü ilə əvəz edilsin.
2. 49-cu maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
“Heyvanlar aləminin elmi tədqiqatı müvafiq elmi müəssisə və təşkilatlar tərəfindən həyata keçirilir və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyələşdirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr
2017-ci il
Azərbaycan.-
2017.- 17 dekabr.- S.4.