“Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli
901-VQD nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 901-VQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların “Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 dekabr 2017-ci il
Azərbaycan.-
2017.-17 dekabr.- S.4.