“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 17 noyabr tarixli 870-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun
tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 870-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli
795 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 259, ¹ 3, maddə 460, ¹ 4, maddə
670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə
1468, ¹ 10, maddələr 1613, 1638; 2017, ¹ 2, maddələr
176, 202, ¹ 3, maddə 351, ¹ 4, maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr
1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr
1788, 1798; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr
tarixli 1664 nömrəli, 21 noyabr tarixli 1688 nömrəli fərmanları)
aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.37-ci bəndə “Məcəllənin”
sözündən sonra “411-1.1, “ rəqəmləri əlavə
edilsin;
3.2. 5.42-ci bəndə “411” rəqəmlərindən sonra “, 411-1.1” rəqəmləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 dekabr 2017-ci il
Azərbaycan.- 2017.-17 dekabr.- S.3.