“İxrac neft və
qaz boru kəmərlərinin
təhlükəsizliyinin təmin edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 15 aprel tarixli
685 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 aprel tarixli 685 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 4 (II kitab), maddə 183; 2005, ¹ 4, maddə 300; 2006, ¹ 11, maddə 944; 2014, ¹ 2, maddə 112, ¹ 9, maddə 1027; 2017, ¹ 1, maddə 51, ¹ 8, maddə 1521) 1-ci hissəsində “Natiq Əliyev” və “Çingiz Məmmədov” sözləri müvafiq olaraq “Pərviz Şahbazov” və “Kərim Vəliyev” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr
2017-ci il
Azərbaycan.- 2017.-17 dekabr.- S.4.