Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 31 avqust tarixli 155 nömrəli fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsi
haqqında Əsasnamə”də dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli
155 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 631; 2010, ¹ 12, maddə
1064; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 4, maddə 283, ¹ 10, maddə
949; 2013, ¹ 6, maddə 630; 2014, ¹ 10, maddə 1202; 2015, ¹ 4, maddə 482; 2017, ¹ 3, maddə 363) ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin
16-cı hissəsi aşağıdakı redaksiyada
verilsin:
“16. Komitədə Komitə sədrindən
(kollegiyanın sədri), onun müavinlərindən,
Naxçıvan Muxtar Respublikasının müvafiq sahə
üzrə qurumunun rəhbərindən, Komitənin digər
rəhbər işçilərindən, habelə Komitənin
yaratdığı publik hüquqi şəxslərin rəhbərlərindən
ibarət Komitənin kollegiyası yaradılır.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 dekabr 2017-ci il
Azərbaycan.-
2017.-17 dekabr.- S.5.