Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları
Hökuməti arasında təhsil, elm, gənclər,
mədəniyyət və idman sahələrində
əməkdaşlıq haqqında Sazişin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında 2017-ci il oktyabrın 20-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Meksika Birləşmiş Ştatları Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 dekabr 2017-ci il
Azərbaycan.- 2017.-17 dekabr.-
S.5.