Qəbələdə keçirilən “Poeziya
günü” şeirsevərləri bir araya gətirib
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib, öz şeirlərini
səsləndirib
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi
Assosiasiyasının, Mədəniyyət
və Turizm Nazirliyinin “Söz” ədəbi layihəsinin təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin
dəstəyi ilə Qəbələdəki Heydər
Əliyev Konqres Mərkəzində vətənpərvərlik
mövzusuna həsr olunmuş “Poeziya günü” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
ərəfəsində təşkil
olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Yazıçılar
Birliyinin üzvləri,
ədəbiyyat və
mədəniyyət xadimləri,
gənc şairlər,
həmçinin Qarabağ
müharibəsinin Qəbələdən
olan veteranları və ictimaiyyət nümayəndələri iştirak
ediblər.
“Poeziya günü”nün açılışında
ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şair və yazıçılara diqqət
və qayğısından,
həmçinin hərbçilərlə
görüşlərindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən
Xalq Şairi Nəriman Həsənzadə
Azərbaycan ədəbiyyatında
vətənpərvərlik mövzusunun bütün zamanlarda aktual olduğunu, müasir dövrümüzdə isə
xüsusi önəm daşıdığını diqqətə çatdırıb.
Gənc şairlər
Fərid Hüseynov, Gülnar Qasımlı, Lamiyə İsayeva, Zəhra Bədəlbəyli,
Alsu Carçılı,
Aynur Nurlu, Heyran Hüseynova və Şahanə Müşfiq müharibə
mövzusunda, həmçinin
Azərbaycan və Bakı haqqında şeirlərini səsləndiriblər.
Şairlərin çıxışları Azərbaycan bəstəkarlarının
musiqilərinin sədaları
və videogörüntülərlə
müşayiət olunub.
Sonra Leyla xanım Əliyeva özünün
“Zəhranın xatirəsinə”
və “Bakı” adlı şeirlərini oxuyub.
Tədbirin aparıcısı,
şairə Nigar Həsənzadənin rəhbərliyi
ilə “Söz” ədəbi layihəsinin iştirakçıları - Əsgər
Novruzov, Leyla Qurbanova, Səbinə Vəlibəyova, Zaur Rəxşan və Firdovsi Rəsul da öz şeirlərini
səsləndiriblər.
Proqram çərçivəsində
Xalq Artisti Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Fərqanə Alimqızı
və Sevda Ələkbərzadə, Azərbaycan
Milli Konservatoriyasının
dosenti, pianoçu Naibə Şahməmmədova
və Qəbələ
Uşaq Xoru zövq oxşayan mahnılar və musiqilər ifa ediblər.
Tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin dəstəyi
ilə yenicə çapdan çıxmış
“Gənc yazarların vətənpərvərlik mövzusunda
şeirlər toplusu” təqdim olunub. Leyla xanım
Əliyevanın, o cümlədən
47 gənc şairin, ümumilikdə, 61 şeirinin
yer aldığı kitab iştirakçılara
və qonaqlara paylanılıb.
Sonda Leyla xanım Əliyeva tədbir iştirakçıları ilə
xatirə şəkilləri
çəkdirib.
Qeyd edək ki, “Poeziya günü”nün ideya müəllifi Aynur Nurlu, quruluşçu
rejissoru Azərbaycan Televiziyasının “Mədəniyyət”
kanalının bədii
rəhbəri Rövnəq
Həsənzadədir.
Azərbaycan.- 2017.-17 dekabr.- S.5.