Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyeva Rus Pravoslav
Kilsəsinin yüksək mükafatına layiq
görülüb
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva II dərəcəli Müqəddəs
Mələksima Knyaginya
Olqa ordeni ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, Mehriban xanım Əliyevanı bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill təltif edib.
Bu yüksək ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər.
Xatırladaq ki, 2013-cü ildə Mehriban
Əliyevanın himayədarlığı ilə Həştərxanda
Müqəddəs Mələksima Knyaz
Vladimirə Rusiyada ilk
abidə ucaldılıb. Bu il Mehriban Əliyevanın
şəxsi təşəbbüsü ilə abidənin ətrafındakı
ərazidə abadlıq işləri görülüb.
Azərbaycan.- 2017.-17 dekabr.- S.1.