Bakı “Expo 2025” üçün ideal məkandır

 

Azərbaycan müstəqil dövlət kimi gənc olsa da, qazandığımız uğurlar, keçdiyimiz inkişaf yolu onilliklərə, qərinələrə bərabərdir. 26 illik müstəqillik tariximizin heç bütün mərhələlərinin inkişaf dövrləri olmadığını nəzərə aldıqda isə uğurlarımızın miqyasının daha böyük olduğunu görərik.

Bu mənada gənc respublikamız öz inkişafı ilə dünyada həm nümunəyə çevrilib. Tarixdə heç bir dövlət belə qısa müddətdə dünya birliyinin ehtiramla yanaşılan üzvünə çevrilməyib.

 

Beynəlxalq tədbirlər mərkəzi

 

Təsadüfi deyil ki, bu gün beynəlxalq ictimaiyyət arasında Azərbaycan deyəndə, göz önünə inkişaf yüksəliş gəlir. Ona görə bütün dövlətlər, siyasi iqtisadi təşkilatlar, o cümlədən dünyada sülhü bəşəri ideyaları tərənnüm edən, inkişafa dəstək verən beynəlxalq qurumlar ölkəmizlə əməkdaşlığa maraq göstərirlər. Son illər Azərbaycanın beynəlxalq tədbirlər mərkəzinə çevrilməsinin əsas səbəblərindən biri ilk növbədə, ölkəmizin hərtərəfli inkişafıdır. Bu inkişafın nəticəsidir ki, beynəlxalq səviyyədə respublikamızın mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Azərbaycan dünya birliyinin hörmət olunan, seçilən üzvünə çevrilib. Ölkəmizə qlobal miqyasda bəslənən etimad da artıb ki, bunun da nəticəsində Azərbaycan beynəlxalq tədbirlər mərkəzinə çevrilib.

2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı yarışması, 2015-ci ildə keçirilən I Avropa Oyunları bu il baş tutan IV İslam Həmrəyliyi Oyunları sıradan yarışlar deyildi. Bunlar bütün dünyanın izlədiyi, minlərlə iştirakçının qatıldığı kütləvi tədbirlər idi. Bu tədbirlərin hər biri dünyada mühüm hadisəyə çevrilməklə yanaşı, Azərbaycanın potensialını, ən mürəkkəb təşkilatçılıq tələb edən yarışları keçirmək bacarığını ortaya qoydu. Bütün dünya bu yarışlardan sonra Azərbaycanı nəinki daha yaxından tanıdı, həm həyata keçirdiyimiz ideal təşkilatçılıq fəaliyyətinə heyran oldu.

 

Dünyanın böyük qlobal tədbiri

 

Bu gün Azərbaycan növbəti beynəlxalq tədbirə - Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə (“Expo 2025”) evsahibliyi etmək üçün paytaxtımız Bakının namizədliyini irəli sürüb. Xatırladaq ki, tarixi 1851-ci ilə gedib çıxan Ümumdünya Sərgisi dünyada ən böyük ən davamlı qlobal tədbir hesab olunur. Bir neçə ay davam edən sərgidə təşkil edilmiş pavilyonlar milyonlarla insanı cəlb edir.

Azərbaycanın inkişafına, beynəlxalq tədbirlər mərkəzinə çevrilməsinə istinad etsək görərik ki, Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması tamamilə təbii bir addımdır. Azərbaycan öz nümunəvi yüksəlişi, bütün sahələrdə əldə olunan inkişaf göstəriciləri ilə dünyanın diqqət mərkəzindədir. Digər tərəfdən, əvvəldə qeyd edildiyi kimi, Azərbaycan dünyada həm müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır. Bununla yanaşı, ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları stendləri həm təşkilatçılar, həm iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu tədbirlərdə Azərbaycan layiqincə təmsil olunub, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri geniş təbliğ edilib, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə ötən ay Parisdə təşkil edilən rəsmi qəbulda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin tarixindən, müstəqillik illərində keçdiyi inkişaf yollarından, beynəlxalq tədbirlər mərkəzinə çevrilməsindən, həyata keçirdiyi qlobal layihələrdən bəhs edib. Qeyd edib ki, Bakıda keçiriləcək Ümumdünya Sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək imkanı verəcək, yeni bölgədə, yeni dövrdə yeni bir tarix yazmaq imkanı yaradacaq. Ümumdünya Sərgisinə evsahibliyi etmək üçün Azərbaycanın təklifini dəstəkləmək məqsədilə əsas məqamları da diqqətə çatdıran Mehriban xanım Əliyeva deyib: “Bakı sərgisi 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərin tanıdılması üçün daha bir imkan olacaqdır. Bu həmçinin bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimul olacaqdır. 2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir. Əgər bu şərəfə layiq görüləriksə, biz bütün dünyanı Azərbaycanda gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacağıq”.

 

Heydər Əliyev Fondunun dəstəyi

 

Ölkəmizin Ümumdünya Sərgisində iştirakı isə 2000-ci ildən başlayır. Azərbaycanın “Expo” hərəkatında iştirakı son üç ildə daha da intensivləşib. Məhz Heydər Əliyev Fondunun dəstəyi töhfələri ilə Azərbaycan bu sərgilərdə yüksək səviyyədə iştirak edib. Xatırladaq ki, Azərbaycan milli pavilyonla ilk dəfə “Milan Expo 2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin “Milan Expo 2015”dəki pavilyonunu sərgi günlərində 3 milyondan çox insan ziyarət edib. Türkiyədə təşkil olunan “Antalya Expo 2016” Beynəlxalq Botanika Sərgisində Azərbaycan milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən “Expo 2017” Beynəlxalq Sərgisində isə ölkəmizEnerji Yurdu - keçmişdən gələcəyə daşınan enerjikonsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.

Azərbaycan “Expo 2025” Bakı sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isəİnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraqolacaq. Bu da onu göstərir ki, Bakı namizəd şəhər kimi bu sərgidə əsasən insan amilinə üstünlük verir. Çünki bu cür sərgilər bütün insanları birləşdirir.

Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka Fransanın paytaxtı Paris şəhərləri “Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliklərini irəli sürüb. Sərginin keçiriləcəyi şəhər isə gələn ilin noyabrında müəyyən olunacaq. Əgər Bakı şəhəri səsvermədə qalib gələrsə, Bakının hava limanına yaxın, bütün nəqliyyat infrastrukturu ilə təmin edilmiş 200 hektarlıq məkanda böyük “Expo” kəndi salınacaq. Bura dünyada yeni şəhər parkı olması ilə yanaşı, eyni zamanda, ölkə əhalisi şəhərə təşrif buyuran qonaqlar üçün əvəzedilməz ünvan olacaq. Ərazinin dizaynının layihəsi məlumdur. Azərbaycanı bütün dünyada tanıdan xalçaların naxışları isə ərazidə yaradılan meydanların istirahət yerlərinin dizaynına xüsusi gözəllik verəcək. Ərazinin mərkəzində yerləşəcək əsas bina - Azərbaycan Milli Pavilyonu park ərazini gəzən qonaqlar üçün əsl ziyarət məkanı olacaq.

 

Azərbaycan yenə mükəmməl evsahibliyi nümunəsi göstərə bilər

 

“Expo 2025” Ümumdünya Sərgisinə evsahibliyi etmək üçün namizədliyi irəli sürülən Bakının bu layihəyə hazırlıq prosesi ilə yaxından tanış olmaq məqsədilə bu günlərdə Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes ölkəmizə səfər edib. Dimitri Kerkentzesi qəbul edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirib ki, ölkəmiz “Expo 2025”in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq.

Keçirdiyi görüşlərdə baş katibin müavininə Bakının namizədliyi çərçivəsində Azərbaycanda aparılan və növbəti aylar ərzində aparılacaq hazırlıq işləri haqqında ətraflı məlumat verilib. “Bakıya səfərim çərçivəsində Azərbaycan üçünExpo 2025” layihəsinin çox böyük önəm daşıdığının və bu istiqamətdə ciddi hazırlıq işlərinin aparıldığının şahidi oldum. Həmçinin Bakının bu istiqamətdə gördüyü işlər və atacağı addımlarla yaxından tanış olmaq imkanı qazandım. Azərbaycan ÜmumdünyaExpo 2025” sərgisi üçün yeniçox maraqlı bir məkandır” - deyə o, jurnalistlərə müsahibəsində deyib.

Azərbaycan indiyədək çoxlu beynəlxalq tədbirə evsahibliyi edib. Bütün bu tədbirlərin təşkilatçılığı hər dəfə iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu mənada namizədliyi dəstəklənərsə, ölkəmiz “Expo 2025” Ümumdünya Sərgisinə də ən ideal evsahibliyi nümunəsini göstərəcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2017.-17 dekabr.- S.1; 6.