Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 4 (II kitab), maddə
251, ¹ 5, maddə 323, ¹ 12, maddə
835; 2001, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə
9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə
465; 2003, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12 (I kitab),
maddə 676; 2004, ¹ 1, maddə
10, ¹ 4, maddə 200, ¹ 5, maddə
321, ¹ 8, maddə 598, ¹ 10, maddə
762, ¹ 11, maddə 900; 2005, ¹ 1, maddə 3, ¹ 6, maddə
462, ¹ 7, maddə
575, ¹ 10, maddə 904, ¹ 11, maddə
994; 2006, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr
1008, 1020, 1028; 2007, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr
560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11, maddələr
1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008, ¹ 6, maddələr 454, 461, ¹ 7, maddə
602, ¹ 10, maddə 884, ¹ 12, maddələr
1047, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə
953; 2010, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr
275, 276, ¹ 7, maddə 591; 2011, ¹ 4, maddə 253, ¹ 5, maddə
472, ¹ 7, maddələr 587, 601, 621, ¹ 11, maddə 980, ¹ 12, maddə
1093; 2012, ¹ 2, maddə 45, ¹ 3, maddələr 193, 196, ¹ 7, maddələr
666, 669, 673, ¹ 11, maddə 1068, ¹ 12, maddə 1223; 2013, ¹ 1, maddə
14, ¹ 2, maddə 102, ¹ 4, maddə
364, ¹ 5, maddələr 459, 479, 481, ¹ 6, maddələr 594, 600, ¹ 11, maddələr
1264, 1286, 1312, ¹ 12, maddə 1492; 2014, ¹ 2, maddələr 89, 95, ¹ 4, maddə
327, ¹ 6, maddələr 618, 622; 2015, ¹ 4, maddələr 339, 359, 368, ¹ 5, maddələr
504, 508, 510, ¹ 6, maddələr 678, 690, 692,
¹ 11, maddələr 1253, 1268, 1289, 1298, ¹
12, maddələr 1437, 1445; 2016, ¹ 4, maddələr 634, 636, 638, 653, ¹ 5, maddə 845, ¹ 6, maddələr
993, 1001, ¹ 12, maddələr
1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, ¹ 2, maddə
161, ¹ 3, maddə
330, ¹ 5, maddələr 694, 697, 700, 702, 733,
¹ 7, maddələr 1268, 1271, 1293) aşağıdakı dəyişikliklər
edilsin:
1. 190-cı maddənin
“Qeyd” hissəsində
“195-1.2,” rəqəmlərindən sonra “195-2.1,” rəqəmləri,
“195-1.3,” rəqəmlərindən sonra “195-2.2,” rəqəmləri
əlavə edilsin.
2. Aşağıdakı
məzmunda 195-2-ci maddə
əlavə edilsin:
“Maddə 195-2. Daxili və xarici borcalma qaydasını pozma
195-2.1. Dövlətə məxsus olan hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının razılığını almadan daxili və ya xarici borcalması dövlətə xeyli miqdarda ziyan vurduqda -
üç il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın bir mislindən üç mislinədək miqdarında cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
195-2.2. Eyni əməllər dövlətə külli miqdarda ziyan vurduqda -
üç il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarında cərimə və ya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə “dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 17 noyabr
2017-ci il
Azərbaycan.- 2017.- 16 dekabr.- S.6.