Azərbaycan memarlarına “Əməkdar memar”
fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verilsin:
Baybekov Ravil Saleh oğlu
Cəfərov Xəlil Ələkbər oğlu
Miralayev Fəxrəddin Böyük oğlu
Namazov Müsədin Əhməd oğlu.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr
2017-ci il
Azərbaycan.-
2017.-20 dekabr.- S.3.