Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, (II kitab), maddə
585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, №
8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7,
maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə
890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8,
maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə
3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə
929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə
560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12,
maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, №
12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə
517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7,
maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr
589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə
1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə
786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr
90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr
1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr
1270, 1288; 2016, № 2, (II kitab), maddə 218, № 10, maddə 1607, № 12,
maddələr 2020, 2031, 2034, 2039; 2017, № 5, maddə 751)
aşağıdakı dəyişikliklər edilsin:
1.1. 37-ci maddə üzrə:
1.1.1. 37.3-cü maddədən
“131.1,” və “184.1,” rəqəmləri
çıxarılsın;
1.1.2. 37.4-cü maddədə “maddəsində”
sözü “və 73-1-ci maddələrində” sözləri
ilə əvəz edilsin;
1.2. 40.2-ci maddədə
“72-74-cü” sözləri “72, 73.1, 73-1.3 və 74-cü”
sözləri ilə əvəz edilsin;
1.3. 84.5.11-ci maddədə
“artırılması” sözü “uzadılması məsələsinə
baxılması üçün” sözləri ilə əvəz
edilsin və “məhkəməyə” sözündən sonra
“və ya müvafiq təqdimatın verilməsi
üçün yuxarı prokurora” sözləri əlavə
edilsin;
1.4. 87.2-ci maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Ölmüş zərər
çəkmiş şəxsin yaxın qohumları olmadıqda,
digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər
bu Məcəllənin 106.2-ci maddəsinə əsasən
hüquqi varis hesab edilə bilmədikdə, zərər
çəkmiş şəxsin hüquqları cinayət
prosesini həyata keçirən orqanın qərarı əsasında
müvafiq ərazi üzrə fəaliyyət göstərən
vəkil qurumunun rəhbərinin təyin etdiyi vəkil tərəfindən
həyata keçirilir.”;
1.5. 106-cı maddə üzrə:
1.5.1. 106.1-ci maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Ölmüş zərər
çəkmiş şəxsin yaxın qohumları
olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin
şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə
əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin
87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin
edilmiş vəkil həmin cinayət işi üzrə
icraatda zərər çəkmiş şəxsin hüquqi
varisi qismində tanınır.”;
1.5.2. 106.2-ci maddədə
“yaxın qohumu” sözləri “şəxs” sözü ilə əvəz
edilsin;
1.5.3. 106.3-cü maddənin birinci və
ikinci cümlələrindən “yaxın” sözü
çıxarılsın;
1.5.4. 106.4-cü maddənin ikinci
cümləsində “şəxsin” sözündən sonra
“qohumu olan” sözləri əlavə edilsin;
1.5.5. 106.6-cı maddədə
“hüquqi varisinin” sözləri “yaxın qohumu olan hüquqi
varisi istisna olmaqla, digər hüquqi varisin” sözləri ilə
əvəz edilsin;
1.5.6. 106.7-ci maddədə “şəxsin”
sözündən sonra “qohumu olan” sözləri əlavə edilsin;
1.6. 151-ci maddə üzrə:
1.6.1. 151.5-ci maddənin ikinci
cümləsi aşağıdakı redaksiyada verilsin:
“Həmin müddət keçənədək
tutulmuş şəxs barəsində daha ciddi qətimkan tədbiri
seçilməli, yaxud bu Məcəllə ilə müəyyən
edilmiş qaydada həbs və ya ev dustaqlığı qətimkan
tədbirinin seçilməsi məsələsinə
baxılması üçün məhkəməyə gətirilməlidir.”;
1.6.2. həmin maddəyə
aşağıdakı məzmunda üçüncü
cümlə əlavə edilsin:
“Məhkəmə qətimkan tədbirinin
seçilməsi məsələsinə təxirə
salınmadan baxmalı və qərar qəbul etməlidir.”;
1.7. 152-ci maddə üzrə:
1.7.1. 152.1-ci maddənin birinci
cümləsində “yalnız” sözü “bu Məcəllənin
519.2-ci maddəsində nəzərdə tutulmuş qaydada”
sözləri ilə əvəz edilsin, ikinci cümləsində
“əsasında” sözündən sonra “müvafiq ərazi
üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən” sözləri əlavə edilsin;
1.7.2. 152.4-cü maddənin ikinci
cümləsində “məhkəmə” sözündən
sonra “bu Məcəllənin 519.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada” sözləri əlavə edilsin;
1.8. 154-cü maddə üzrə:
1.8.1. 154.2.8-ci maddədə “nəzarət”
sözündən əvvəl “yetkinlik yaşına
çatmayanı” sözləri əlavə edilsin;
1.8.2. 154.3-cü maddənin ikinci
cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bu Məcəllənin 154.2.8-ci
maddəsində nəzərdə tutulmuş qətimkan tədbiri
yalnız on səkkiz yaşına çatmayan şəxs barəsində
seçilə bilər.”;
1.8.3. 154.4-cü maddənin
üçüncü cümləsi ləğv edilsin;
1.9. 155-ci maddə üzrə:
1.9.1. 155.2.3-cü maddədə “,
qətimkan tədbirinin seçilməsini və digər əhəmiyyətli
halları.” sözləri “və qətimkan tədbirinin
seçilməsini;” sözləri ilə əvəz edilsin və
aşağıdakı məzmunda 155.2.4-cü maddə əlavə
edilsin:
“155.2.4. şübhəli və ya
təqsirləndirilən şəxsin zərərçəkmiş
şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi
ilə barışıq əldə edib-etməməsini, cinayət
nəticəsində vurulmuş ziyanın ödənilib-ödənilməməsini
və digər əhəmiyyətli halları.”;
1.9.2. 155.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“155.3. Həbs qətimkan tədbiri
yalnız aşağıdakı şəxsə tətbiq
oluna bilər:
155.3.1. bu Məcəllənin
155.1.1-155.1.3-cü maddələrində nəzərdə
tutulmuş hərəkətlərin qarşısını
almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə
azadlıqdan məhrum etmə növündə cəza təyin
edilə bilən cinayətin törədilməsində ittiham
olunan şəxsə;
155.3.2. cinayət prosesini həyata
keçirən orqandan gizlənməsinin
qarşısını almaq məqsədi ilə, 2 (iki) ilədək
müddətə azadlıqdan məhrum etmə növündə
cəza təyin edilə bilən cinayətin törədilməsində
ittiham olunan şəxsə;
155.3.3 əvvəllər seçilmiş
digər qətimkan tədbirinin şərtlərini pozmuş
şəxsə və ya hökmün icrasını təmin
etmək məqsədilə, barəsində azadlıqdan məhrum
etmə növündə cəza təyin edilmiş şəxsə.”;
1.9.3. 155.6-cı maddənin birinci
cümləsində “və ona alternativ” sözləri “, ev
dustaqlığı və girov” sözləri ilə əvəz
edilsin;
1.10. 156-cı maddə üzrə:
1.10.1. 156.2-ci maddənin ikinci
cümləsi aşağıdakı redaksiyada verilsin:
“Ev dustaqlığı bu Məcəllənin
163-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin
öz təşəbbüsü, müdafiə tərəfinin
vəsatəti, habelə müstəntiqin vəsatəti və
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun təqdimatı əsasında məhkəmə
tərəfindən seçilir.”;
1.10.2. 156.2-ci maddəyə
aşağıdakı məzmunda üçüncü
cümlə əlavə edilsin:
“Girov bu Məcəllənin
164-cü maddəsində nəzərdə tutulmuş qaydada
yalnız müdafiə tərəfinin vəsatəti ilə məhkəmə
tərəfindən seçilir.”;
1.11. aşağıdakı məzmunda
156-1-ci maddə əlavə edilsin:
“Maddə 156-1. Qətimkan tədbirləri
üzrə elektron nəzarət vasitələrinin tətbiqi
156-1.1. Elektron nəzarət vasitələri
bu Məcəllənin 163-cü maddəsinə əsasən
barəsində qətimkan tədbiri seçilmiş şəxslərə
tətbiq edilir. Elektron nəzarət vasitələrinin
siyahısı və tətbiqi qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
156-1.2. Elektron nəzarət vasitələri
tətbiq edilmiş şəxsin üzərinə qoyulmuş
vəzifələri yerinə yetirməsinə nəzarət
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
156-1.3. Şəxsin üzərinə
elektron nəzarət vasitəsini gəzdirmək və həmin
vasitənin işlək vəziyyətdə saxlanılması
üçün ona xidmət etmək vəzifəsi qoyulduqda,
elektron nəzarət vasitəsi onun üzərinə
bağlanılır və həmin vasitənin işlək vəziyyətdə
saxlanılması üçün ona xidmət qaydaları, hər
hansı müdaxilənin və ya cihazın üzərindən
çıxarılmasının yolverilməzliyi, həmçinin
bu əməllərin hüquqi nəticələri izah edilir və
bu barədə protokol tərtib edilir.
156-1.4. Elektron nəzarət vasitəsi
tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə
və ya digər üsulla yararsız vəziyyətə
saldıqda onun dəyəri həmin şəxsdən
tutulur.”;
1.12. 157.5-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“157.5. Həbsin qətimkan tədbiri
qismində seçilməsi və ya uzadılması məsələsinə
baxarkən məhkəmə təqsirləndirilən şəxsin
cəmiyyətdən tam təcrid edilməsinə və ya həbsdə
saxlanılmasına zərurət olmadığı qənaətinə
gəldikdə, onun barəsində müdafiə tərəfinin
vəsatəti və ya öz təşəbbüsü ilə
ev dustaqlığı, habelə müdafiə tərəfinin
vəsatəti əsasında girov qətimkan tədbiri
seçir.”;
1.13. 159-cu maddə üzrə;
1.13.1. 159.1-ci maddədə “əlaqədar”
sözündən sonra “müstəntiqin əsaslandırılmış
vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorun təqdimatı əsasında”
sözləri əlavə edilsin;
1.13.2. 159.2-ci maddədə “təkrarən”
sözü “bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə
tutulmuş qaydada” sözləri ilə əvəz edilsin;
1.13.3. 159.3-cü maddənin birinci
cümləsində “Təqsirləndirilən” sözü “Bu
Məcəllənin 159.1-ci maddəsində nəzərdə
tutulmuş hallarda təqsirləndirilən” sözləri ilə,
“7 (yeddi)” sözləri “6 (altı)” sözləri ilə əvəz
edilsin;
1.13.4. aşağıdakı məzmunda
159.3-1-ci maddə əlavə edilsin:
“159.3-1. Bu Məcəllənin
159.2-ci maddəsində nəzərdə tutulmuş hallarda
müstəntiq təqsirləndirilən şəxsin həbsdə
saxlanılma müddətinin keçməsinə ən geci 8
(səkkiz) gün qalmış ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurora
müvafiq əsaslandırılmış vəsatət verir.
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokuror təqsirləndirilən şəxsin həbsdə
saxlanılması müddətinin uzadılması zərurəti
ilə razılaşdıqda, məhkəmə qərarı
ilə müəyyən edilən həbsdə saxlama müddətinin
keçməsinə ən geci 6 (altı) gün qalmış
vəsatəti təqdimat verilməsi üçün
müvafiq olaraq Azərbaycan Respublikasının hərbi
prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru,
Bakı şəhər prokuroru və ya Azərbaycan
Respublikası baş prokurorunun müavininə göndərir.
Azərbaycan Respublikasının hərbi prokuroru, Bakı
şəhər prokuroru, Naxçıvan Muxtar
Respublikasının prokuroru və ya Azərbaycan
Respublikası baş prokurorunun müavini təqsirləndirilən
şəxsin həbsdə saxlanılması müddətinin
uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə
qərarı ilə müəyyən edilən həbsdə
saxlama müddətinin keçməsinə ən geci 4
(dörd) gün qalmış məhkəməyə
müvafiq təqdimatla müraciət edir. Məhkəmə təqsirləndirilən
şəxsin həbsdə saxlanılma müddətinin
uzadılmasının zəruriliyi ilə
razılaşdıqda, onun barəsində qətimkan tədbirinin
seçilməsi haqqında qərarla müəyyən
edilmiş həbsdə saxlanılma müddəti başa
çatanadək təqsirləndirilən şəxsin həbsdə
saxlanılma müddətinin uzadılması barədə qərar
qəbul edir.”;
1.13.5. 159.8-ci maddəyə “son
müddəti” sözlərindən sonra “bu Məcəllənin
159.8-1-ci maddəsində nəzərdə tutulmuş qaydada”
sözləri əlavə edilsin;
1.13.6. aşağıdakı məzmunda
159.8-1-ci maddə əlavə edilsin:
“159.8-1. Bu Məcəllənin
159.8-ci maddəsində nəzərdə tutulmuş hallarda
müstəntiq təqsirləndirilən şəxsin həbsdə
saxlanılmasının 159.7-ci maddədə göstərilən
son müddətinin uzadılması barədə həbsdə
saxlama müddətinin keçməsinə ən geci 10 (on)
gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurora müvafiq əsaslandırılmış
vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokuror təqsirləndirilən şəxsin
həbsdə saxlanılması müddətinin
uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə
qərarı ilə müəyyən edilən həbsdə
saxlama müddətinin keçməsinə ən geci 8 (səkkiz)
gün qalmış vəsatəti Azərbaycan Respublikası
baş prokuroruna və ya onun birinci müavininə müraciət
edilməsi üçün müvafiq olaraq Azərbaycan
Respublikasının hərbi prokuroru, Bakı şəhər
prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və
ya Azərbaycan Respublikası baş prokurorunun birinci
müavininə təqdim edir. Azərbaycan Respublikasının
hərbi prokuroru, Bakı şəhər prokuroru,
Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan
Respublikası baş prokurorunun birinci müavini təqsirləndirilən
şəxsin həbsdə saxlanılması müddətinin
uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə
qərarı ilə müəyyən edilən həbsdə
saxlama müddətinin keçməsinə ən geci 6
(altı) gün qalmış təqdimatın verilməsi
üçün müvafiq olaraq Azərbaycan
Respublikasının baş prokuroruna və ya onun birinci
müavininə müraciət edir. Azərbaycan Respublikası
baş prokuroru və ya onun birinci müavini təqsirləndirilən
şəxsin həbsdə saxlanılması müddətinin
uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə
qərarı ilə müəyyən edilən həbsdə
saxlama müddətinin keçməsinə ən geci 4
(dörd) gün qalmış məhkəməyə
müvafiq təqdimatla müraciət edir. Məhkəmə təqsirləndirilən
şəxsin həbsdə saxlanılma müddətinin
uzadılmasının zəruriliyi ilə
razılaşdıqda, onun barəsində qətimkan tədbirinin
seçilməsi haqqında qərarla müəyyən
edilmiş həbsdə saxlanılma müddəti başa
çatanadək təqsirləndirilən şəxsin həbsdə
saxlanılma müddətinin uzadılması barədə qərar
qəbul edir.”;
1.13.7. 159.9-cu maddədə
“müddətə” sözündən sonra “bu Məcəllənin
159.3-cü maddəsində nəzərdə tutulmuş qaydada”
sözləri əlavə edilsin;
1.13.8. aşağıdakı məzmunda
159.11-ci maddə əlavə edilsin:
“159.11. Bu Məcəllənin 159.3,
159.3-1 və 159.8-1-ci maddələrində nəzərdə
tutulmuş hallarda təqsirləndirilən şəxs barəsində
həbs qətimkan tədbirinin uzadılması məsələsinə
baxılarkən bu Məcəllənin 292.1-1-ci maddəsində
göstərilmiş müddət nəzərə
alınmalıdır.”;
1.14. 162-ci maddə üzrə:
1.14.1. 162.2-ci maddədə “edilə
bilər” sözləri “edilir” sözü ilə əvəz
edilsin;
1.14.2. 162.5.2-ci maddədə
“çatdıqda” sözündən sonra “və həmin
müddət bu Məcəllənin 159.8-159.10-cu maddələrində
nəzərdə tutulmuş qaydada uzadılmadıqda” sözləri
əlavə edilsin;
1.14.3. aşağıdakı məzmunda
162.5.2-1-ci maddə əlavə edilsin:
“165.5.2-1. bu Məcəllənin
159.8-159.10-cu maddələrində nəzərdə
tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma
müddəti başa çatdıqda;”;
1.15. 163-cü maddə üzrə:
1.15.1. 163.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“163.2. Ev dustaqlığı məhkəmə
tərəfindən müstəntiqin vəsatəti və
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun təqdimatı əsasında, habelə
həbs qətimkan tədbirinin seçilməsi və ya
uzadılması məsələsinə baxılarkən
müdafiə tərəfinin vəsatəti və ya məhkəmənin
öz təşəbbüsü ilə seçilə bilər.
Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi
məsələsinə, həmçinin müdafiə tərəfinin
vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz
edilməsi kimi baxıla bilər.”;
1.15.2. 163.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“163.3. Barəsində ev
dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən
şəxs aşağıdakı vəzifələri yerinə
yetirməlidir:
163.3.1. yaşayış yerini
tamamilə və ya günün müəyyən
vaxtlarında tərk etməmək;
163.3.2. elektron nəzarət vasitəsini
gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə
saxlanılması üçün ona xidmət etmək;
163.3.3. məhkəmənin müəyyən
etdiyi ərazi hüdudlarını tərk etməmək;
163.3.4. məhkəmənin
müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.”;
1.15.3. aşağıdakı məzmunda
163.3-1, 163.3-2 və 163.3-3-cü maddələr əlavə
edilsin:
“163.3-1. Məhkəmə tərəfindən
barəsində ev dustaqlığı qətimkan tədbiri
seçilmiş təqsirləndirilən şəxs
üçün aşağıdakı əlavə vəzifələr
müəyyən edilə bilər:
163.3-1.1. kütləvi və digər
tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə
iştirak etməmək;
163.3-1.2. məhkəmənin müəyyən
etdiyi ərazi hüdudları daxilində müəyyən
yerlərə getməmək;
163.3-1.3. alkoqolizmdən,
narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən
müalicə kursu keçmək;
163.3-1.4. müəyyən şəxslərlə
ünsiyyətdə olmamaq;
163.3-1.5. təqsirləndirilən
şəxsin lazımi davranışını və cəmiyyətdən
qismən təcrid olunmasını təmin edən digər vəzifələr.
163.3-2. Ev dustaqlığı qətimkan
tədbiri Azərbaycan Respublikası ərazisində daimi
yaşayış yeri olmayan şəxslərə tətbiq
edilmir.
163.3-3. Tibbi göstəricilərə
görə təqsirləndirilən şəxs tibb müəssisəsinə
stasionar müalicəyə yerləşdirildikdə ev
dustaqlığı qətimkan tədbiri məhkəmə tərəfindən
ləğv edilənə və ya dəyişdirilənədək
bu qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən
şəxsin üzərinə qoyulmuş vəzifələr
qüvvəsində qalır. Bu halda ev dustaqlığı qətimkan
tədbirinin icrası yeri müvafiq tibb müəssisəsi
hesab edilir.”;
1.15.4. aşağıdakı məzmunda
163.7, 163.8 və 163.9-cu maddələr əlavə edilsin:
“163.7. Barəsində ev
dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən
şəxs və onun yaşayış yeri müşahidə
altına alınır, onun ev dustaqlığı qətimkan tədbirinin
şərtlərinə riayət etməsinə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən nəzarət
edilir. Barəsində ev dustaqlığı qətimkan tədbiri
tətbiq edilmiş şəxsin müəyyən edilmiş vəzifələrə
riayət etməməsinə dair əsaslı şübhələr
olduqda müvafiq icra hakimiyyəti orqanının əməkdaşı
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun qərarı ilə təqsirləndirilən
şəxsin yaşayış yerinə daxil olmaq və müəyyən
edilmiş vəzifələrə əməl edilməsini
yerində yoxlamaq hüququna malikdir.
163.8. Ev dustaqlığı qətimkan
tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən
şəxsin üzərinə qoyulmuş vəzifələrin
dəyişdirilməsi və ya ləğv edilməsi, o
cümlədən əlavə vəzifələrin müəyyən
edilməsi müstəntiqin vəsatəti və ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurorun təqdimatı və ya müdafiə tərəfinin
vəsatəti əsasında, habelə cinayət işinə
baxan məhkəmənin öz təşəbbüsü ilə
və ya tərəflərin vəsatəti əsasında yalnız
məhkəmənin qərarı ilə həyata
keçirilir.
163.9. Barəsində ev
dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən
şəxs həmin qətimkan tədbirinin şərtlərini
pozduğu və bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində
nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda
onun barəsində həbs qətimkan tədbiri seçilir.”;
1.16. 164-cü maddə üzrə:
1.16.1. 164.1-ci maddədə “habelə”
sözündən sonra “ictimai təhlükəliliyi yalnız
maddi ziyanla bağlı olan və ya” sözləri əlavə
edilsin və maddədən “həbsdən azad edilməsi, lakin
onun” sözləri çıxarılsın;
1.16.2. 164.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“164.2. Girov qətimkan tədbiri məhkəmə
tərəfindən həbs qətimkan tədbirinin seçilməsi
və ya uzadılması məsələsinə baxılarkən
müdafiə tərəfinin vəsatəti əsasında
seçilə bilər. Girov qətimkan tədbirinin
seçilməsi məsələsinə, həmçinin
müdafiə tərəfinin vəsatəti əsasında həbs
qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər.
Məhkəmə girov qətimkan tədbirinin seçilməsini
mümkün hesab etdikdə, girovun məbləğini müəyyən
edir.”;
1.16.3. 164.4-cü maddədə
“qoyulmaqla həbsdən azad etməni” sözləri “qətimkan
tədbirinin tətbiq edilməsini” sözləri ilə əvəz
edilsin;
1.16.4. 164.5-ci maddədə “məbləği”
sözündən sonra “, bu Məcəllənin 164.5-1-ci maddəsi
nəzərə alınmaqla,” sözləri əlavə
edilsin;
1.16.5. 164.5.2-ci maddədə “və
ya” sözlərindən sonra “ictimai təhlükəliliyi
yalnız maddi ziyanla bağlı olan və yaxud” sözləri
əlavə edilsin;
1.16.6. aşağıdakı məzmunda
164.5-1-ci maddə əlavə edilsin:
“164.5-1. Girovun məbləği
cinayət nəticəsində vurulmuş ziyandan və ya onun
ödənilməmiş hissəsindən artıq
olmalıdır.”;
1.16.7. 164.6-cı maddə
aşağıdakı redaksiyada verilsin:
“164.6. Məhkəmə müdafiə
tərəfinin vəsatəti əsasında girovun qətimkan
tədbiri qismində tətbiq olunması məsələsini
həll edərkən girovun qətimkan tədbiri qismində tətbiq
olunması və ya bundan imtina edilməsi barədə qərar
qəbul edir. Həmin qərardan apelyasiya instansiyası məhkəməsinə
şikayət və ya protest verilə bilər.”;
1.16.8. 164.11-ci maddə ləğv
edilsin;
1.17. 170-ci maddə üzrə:
1.17.1. maddənin adında və
170.1-ci maddədə “Nəzarət” sözü “Yetkinlik
yaşına çatmayanı nəzarət” sözləri ilə
əvəz edilsin;
1.17.2. 170.3-cü maddənin birinci
cümləsində “Şübhəli və ya təqsirləndirilən
şəxs barəsində” sözləri “Yetkinlik
yaşına çatmayanı” sözləri ilə, ikinci
cümləsində isə “nəzarət altına vermə
barədə çıxarılmış” sözləri “həmin”
sözü ilə əvəz edilsin;
1.17.3. aşağıdakı məzmunda
170.8-ci maddə əlavə edilsin:
“170.8. Barəsində yetkinlik
yaşına çatmayanı nəzarət altına vermə
qətimkan tədbiri seçilmiş şəxs 18
yaşına çatdıqda və nəzarəti həyata
keçirməli olan şəxslər onu lazımi nəzarət
altında saxlamaq vəzifəsini davam etdirmək iqtidarında
olduqlarını bildirdikdə qətimkan tədbiri dəyişdirilmir.”;
1.18. 175.3-cü maddənin ikinci
cümləsində “, 163.6 və 164.11-ci maddələrində
nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən
seçilmiş həbs, ev dustaqlığı və ya girov”
sözləri “və 163.6-cı maddələrində nəzərdə
tutulmuş hallarda məhkəmə tərəfindən
seçilmiş həbs və ya ev dustaqlığı”
sözləri ilə əvəz edilsin;
1.19. 194-cü maddə üzrə:
1.19.1. maddənin adında
“nümayəndəsinin” sözündən sonra “və
ölmüş zərər çəkmiş şəxsin
hüquqi varisi qismində tanınmış vəkilin”
sözləri əlavə edilsin;
1.19.2. aşağıdakı məzmunda
194.1-1-ci maddə əlavə edilsin:
“194.1-1. Ölmüş zərər
çəkmiş şəxsin hüquqi varisi qismində
tanınmış vəkil tərəfindən göstərilən
hüquqi yardımın ödənilməsi, məhkəmə
tərəfindən məhkumun üzərinə qoyulduğu
hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət
büdcəsi vəsaiti hesabına təmin edilir.”;
1.19.3. 194.2-ci maddədə
“ittihamçıya göstərilmiş hüquqi
yardımı” sözləri “ittihamçının nümayəndəsi
və ya ölmüş zərər çəkmiş şəxsin
hüquqi varisi qismində göstərdiyi hüquqi yardım”
sözləri ilə əvəz edilsin;
1.20. aşağıdakı məzmunda
197.1.5-1-ci maddə əlavə edilsin:
“197.1.5-1. ölmüş zərər
çəkmiş şəxsin hüquqi varisi qismində
tanınmış vəkil tərəfindən göstərilmiş
hüquqi yardıma görə ödənilməli olan
haqqın məbləği;”;
1.21. 198.1-ci maddədə “197.1.4” rəqəmlərindən
sonra “, 197.1.5-1” rəqəmləri əlavə edilsin;
1.22. 215.7.4-cü maddənin
sonundakı nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 215.7.5-ci maddə əlavə
edilsin:
“215.7.5. dövlətin və cəmiyyətin
mənafeyinə qəsd edən cinayətin xarakteri, işin
xüsusiyyətləri və ibtidai araşdırmanın
maraqları tələb etdikdə.”;
1.23. 278.4.1-ci maddədə “və
ona alternativ olan” sözləri, 278.4.2-ci maddədə isə
“və ona alternativ” sözləri “, ev dustaqlığı,
girov və vəzifədən kənarlaşdırma” sözləri
ilə əvəz edilsin;
1.24. 290-cı maddə üzrə:
1.24.1. aşağıdakı məzmunda
290.3.2-1-ci maddə əlavə edilsin:
“290.3.2-1. bu Məcəllənin
467-9.1-ci maddəsində nəzərdə tutulmuş hallarda
cinayət işi üzrə icraatı dayandırmaqla tibbi
xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə
baxılması üçün işi məhkəməyə
göndərmək;”;
1.24.2. 290.5.3-cü maddədə “məhkəməyə
təqdimat vermək” sözləri “bu Məcəllə ilə
müəyyən edilmiş qaydada təqdimatla məhkəməyə
və ya müvafiq təqdimatın verilməsi
üçün yuxarı prokurora müraciət etmək”
sözləri ilə əvəz edilsin;
1.25. Aşağıdakı məzmunda
353.4.8-1-ci maddə əlavə edilsin:
“353.4.8-1. azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum edilmiş şəxslər
üçün müəyyən edilən vəzifələr;”;
1.26. 442-ci maddə üzrə:
1.26.1. 442.1-ci maddədə “və
ya əməliyyat-axtarış tədbirinin həyata
keçirildiyi” sözləri “, əməliyyat-axtarış
tədbirinin həyata keçirildiyi və ya ibtidai
araşdırmanın aparıldığı” sözləri
ilə əvəz edilsin;
1.26.2. 442.2.1-ci maddədə “dair”
sözündən sonra “məsələlərlə
bağlı” sözləri əlavə edilsin;
1.26.3. 442.4.1-ci maddədə
“istintaq hərəkətinin məcburi aparılması,
prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və
ya əməliyyat-axtarış tədbirinin həyata
keçirilməsi nəticəsində” sözləri
çıxarılsın;
1.27. 444-cü maddə üzrə:
1.27.1. 444-cü maddənin
adında “tədbirləri” sözündən sonra “və bu tədbirlərlə
bağlı digər məsələlər” sözləri əlavə
edilsin;
1.27.2. aşağıdakı məzmunda
444.1.2-1, 444.1.2-2 və 444.3-cü maddələr əlavə
edilsin:
“444.1.2-1. qətimkan tədbiri
qismində ev dustaqlığı;
444.1.2-2. qətimkan tədbiri
qismində girov;”;
“444.3. Ev dustaqlığı qətimkan
tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən
şəxsin üzərinə qoyulmuş vəzifələr
məhkəmənin qərarı əsasında dəyişdirilə,
ləğv edilə, yaxud onun üzərinə əlavə vəzifələr
qoyula bilər.”;
1.28. 446-cı maddə üzrə:
1.28.1. 446.1.2-ci maddəyə
“prokurorun” sözündən sonra “, bu Məcəllənin
159.2-ci və 159.8-ci maddələrində nəzərdə
tutulmuş hallarda isə müvafiq prokurorun” sözləri əlavə
edilsin;
1.28.2. aşağıdakı məzmunda
446.1.2-1 maddə əlavə edilsin:
“446.1.2-1. ev dustaqlığı qətimkan
tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən
şəxsin üzərinə qoyulmuş vəzifələrin
dəyişdirilməsi, ləğv edilməsi və ya onun
üzərinə əlavə vəzifələrin
qoyulması üçün müstəntiqin əsaslandırılmış
vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorun təqdimatı;”;
1.28.3. 446.1.3-cü maddənin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 446.1.4-cü maddə əlavə
edilsin:
“446.1.4. ev dustaqlığı qətimkan
tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən
şəxsin üzərinə qoyulmuş vəzifələrin
dəyişdirilməsi və ya ləğv edilməsi
üçün təqsirləndirilən şəxs, onun
müdafiəçisi və ya qanuni nümayəndəsinin vəsatəti.”;
1.28.4. 446.2-ci maddədə “446.1-ci
maddəsində” sözləri “446.1.1-446.1.3-cü maddələrində”
sözləri ilə əvəz edilsin və
aşağıdakı məzmunda 446.2-1-ci maddə əlavə
edilsin:
“446.2-1. Ev dustaqlığı qətimkan
tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən
şəxsin üzərinə qoyulmuş vəzifələrin
dəyişdirilməsi və ya ləğv edilməsi
üçün vəsatətdə bu Məcəllənin
446.2.1-446.2.3-cü maddələrində nəzərdə
tutulan məlumatlarla yanaşı, məsələnin zəruriliyi
əsaslandırılmalı, təqsirləndirilən şəxsi
səciyyələndirən və müvafiq qərar qəbul
edilməsi üçün əhəmiyyətli olan digər
məlumatlar göstərilməli və vəsatətə əlavə
edilməlidir.”;
1.28.5. 446.3-cü maddədə
“üçün” sözü “məsələlərinə
dair” sözləri ilə əvəz edilsin;
1.29. 447-ci maddə üzrə:
1.29.1. 447.3.2-ci maddəyə
“prokuror” sözündən sonra “və ya müvafiq prokuror”
sözləri əlavə edilsin;
1.29.2. 447.3.3-cü maddədə
“tutulan” sözündən sonra “, yaxud barəsində ev
dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə
bağlı məsələyə baxılan” sözləri əlavə
edilsin;
1.29.3. 447.5-ci maddədə “edilməsi”
sözündən sonra “məsələləri” sözü əlavə
edilsin;
1.29.4. 447.7.4-cü maddədə
“ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən” sözləri “məhkəmə iclasında
iştirak edən” sözləri ilə əvəz edilsin;
1.30. 448-ci maddə üzrə:
1.30.1. 448.1.1, 448.1.2, 448.4 və
448.8-ci maddələrdə “dair” sözündən sonra “məsələlərlə
bağlı” sözləri əlavə edilsin;
1.30.2. 448.1.3-cü maddədə “və
ya ona alternativ olan” sözləri “, ev dustaqlığı,
girov və vəzifədən kənarlaşdırma” sözləri
ilə əvəz edilsin;
1.30.3. aşağıdakı məzmunda
448.1.3-1-ci maddə əlavə edilsin:
“448.1.3-1. ev dustaqlığı qətimkan
tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən
şəxsin üzərinə qoyulmuş vəzifələrin
dəyişdirilməsi, ləğv edilməsi və ya onun
üzərinə əlavə vəzifələrin
qoyulması üçün verilmiş vəsatətin təmin
edilməsi, yaxud bundan imtina edilməsi barədə.”;
1.31. 449.3.3-cü maddədə “və
ya həbs edilmiş” sözləri “, həbs edilmiş və
ya barəsində ev dustaqlığı qətimkan tədbiri
seçilmiş” sözləri ilə əvəz edilsin;
1.32. 452.1-ci maddəyə “prokuror”
sözündən sonra “və ya yuxarı prokuror” sözləri
əlavə edilsin;
1.33. 453.3-cü maddənin birinci
cümləsinə “prokuror” sözündən sonra “və ya
müvafiq prokuror” sözləri əlavə edilsin;
1.34. Aşağıdakı məzmunda
LIV-I fəsil əlavə edilsin:
“LIV-I fəsil
Narkomaniya xəstəliyi ilə əlaqədar
cinayət məsuliyyətindən azad edilməsi nəzərdə
tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsi üzrə icraat
Maddə 467-1. Narkomaniya xəstəliyi
ilə əlaqədar cinayət məsuliyyətindən azad
edilməsi nəzərdə tutulmuş şəxs barəsində
tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
üzrə icraatın xüsusiyyətləri
Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə
tutulmuş cinayəti törətmiş, əməlində
başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə
düçar olmuş və bu xəstəliklə əlaqədar
cinayət məsuliyyətindən azad edilməsi nəzərdə
tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin
467-1-467-11-ci maddələri ilə müəyyən
edilmiş xüsusiyyətlər nəzərə alınmaqla
bu Məcəllənin ümumi qaydaları əsasında
aparılır.
Maddə 467-2. Narkomaniya xəstəliyi
ilə əlaqədar cinayət məsuliyyətindən azad
edilməsi nəzərdə tutulmuş şəxs barəsində
tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
üzrə məhkəməyədək icraat
467-2.1. Narkomaniya xəstəliyi ilə
əlaqədar cinayət məsuliyyətindən azad edilməsi
nəzərdə tutulmuş şəxs barəsində tibbi
xarakterli məcburi tədbirlərin (bundan sonra - narkomaniya xəstəliyi
ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər)
tətbiq edilməsi üzrə məhkəməyədək
icraat ibtidai istintaq şəklində aparılır.
467-2.2. Narkomaniya xəstəliyi ilə
əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq
edilməsi üzrə icraatın aparılmasında barəsində
tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
üzrə icraat aparılan şəxs, bu Məcəllə
ilə müəyyən edilmiş hallarda onun müdafiəçisi
və qanuni nümayəndəsi iştirak edirlər.
Maddə 467-3. Narkomaniya xəstəliyi
ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi üzrə icraat zamanı müəyyən
edilməli olan hallar
467-3.0. Narkomaniya xəstəliyi ilə
əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq
edilməsi üzrə icraat zamanı
aşağıdakılar müəyyən edilməlidir:
467-3.0.1. cinayət qanunu ilə nəzərdə
tutulmuş əməlin törədilməsi;
467-3.0.2. həmin əməlin barəsində
tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
üzrə icraatın aparıldığı şəxs tərəfindən
törədilməsi;
467-3.0.3. şəxsin əməlində
başqa cinayət tərkibinin olmaması;
467-3.0.4. şəxsin narkomaniya xəstəliyinə
düçar olması;
467-3.0.5. şəxsin müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş məcburi müalicə tətbiq edilməyən
narkomaniya xəstəliyinə düçar olmuş şəxslər
kateqoriyasına daxil olmaması.
Maddə 467-4. Narkomaniya xəstəliyi
ilə əlaqədar cinayət məsuliyyətindən azad
edilməsi nəzərdə tutulmuş şəxs barəsində
cinayət işinin ayrılması
İbtidai araşdırma bir
neçə təqsirləndirilən şəxs barəsində
aparıldıqda narkomaniya xəstəliyi ilə əlaqədar
cinayət məsuliyyətindən azad edilməsi nəzərdə
tutulmuş şəxs barəsində cinayət işi
ayrıca icraata ayrılır.
Maddə 467-5. Narkomaniya xəstəliyi
ilə əlaqədar cinayət məsuliyyətindən azad
edilməsi nəzərdə tutulmuş şəxsə
ittihamın elan edilməsi və onun barəsində qətimkan
tədbirinin seçilməsi
467-5.1. Cinayətin törədilməsində
ittihamın elan edilməsinə əsas verən kifayət qədər
sübutlar olduğu halda müstəntiq narkomaniya xəstəliyi
ilə əlaqədar cinayət məsuliyyətindən azad
edilməsi nəzərdə tutulmuş şəxsin təqsirləndirilən
şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış
qərar çıxarır və ittihamı bu Məcəllənin
224-cü maddəsində müəyyən edilmiş qaydada
elan edir.
467-5.2. Bu Məcəllənin 155-ci
maddəsində nəzərdə tutulmuş əsaslar
mövcud olduqda narkomaniya xəstəliyi ilə əlaqədar
cinayət məsuliyyətindən azad edilməsi nəzərdə
tutulmuş şəxs barəsində qətimkan tədbiri tətbiq
edilir.
Maddə 467-6. Narkomaniya xəstəliyi
ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi üzrə məhkəməyədək
icraatda müstəntiqin hərəkətləri
467-6.1. Toplanmış sübutlar
tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
üzrə məhkəməyədək icraatın
qurtarması üçün kifayət hesab edildikdə
müstəntiq aşağıdakı qərarlardan birini qəbul
edir:
467-6.1.1. şəxs barəsində
cinayət işi üzrə icraatın
dayandırılması və tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi üçün məhkəməyə
göndərilməsi haqqında məsələnin həll
edilməsi məqsədi ilə iş materiallarının
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurora göndərilməsi haqqında;
467-6.1.2. bu Məcəllənin
müddəaları ilə nəzərdə tutulmuş əsaslar
olduqda iş üzrə icraatın dayandırılması və
ya icraata xitam verilməsi haqqında.
467-6.2. Narkomaniya xəstəliyi ilə
əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq
edilməsi üzrə icraat zamanı bu Məcəllənin
467-6.1-ci maddəsində nəzərdə tutulmuş qərarlardan
hər hansı biri qəbul edildikdən sonra müstəntiq
başa çatmış icraatın materiallarını
tanış olmaları üçün barəsində
icraatın aparıldığı şəxsə, habelə
olduğu hallarda onun müdafiəçisinə və qanuni
nümayəndəsinə təqdim edir.
467-6.3. Bu Məcəllənin
467-6.2-ci maddəsində göstərilən şəxslərin
narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsi barədə iş
materialları ilə tanış olmaları haqqında protokol
tərtib edilir.
Maddə 467-7. Narkomaniya xəstəliyi
ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi üzrə məhkəməyədək
icraat zamanı prokurorun hərəkətləri
467-7.0. Narkomaniya xəstəliyi ilə
əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq
edilməsi üzrə icraat materialları müstəntiqin bu
Məcəllənin 467-6.1.1-ci maddəsində nəzərdə
tutulmuş qərarı ilə birlikdə ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurora təqdim edilir. Prokuror aşağıdakı qərarlardan
birini qəbul edir:
467-7.0.1. müstəntiqin qərarını
təsdiq edir və işi məhkəməyə göndərir;
467-7.0.2. bu Məcəllənin
467-3-cü maddəsində nəzərdə tutulmuş hallar
düzgün müəyyən edilmədikdə işi əlavə
araşdırmanın aparılması üçün
müstəntiqə qaytarır;
467-7.0.3. bu Məcəllənin
müddəaları ilə nəzərdə tutulmuş əsaslar
olduqda iş üzrə icraatı dayandırır və ya
icraata xitam verir.
Maddə 467-8. Narkomaniya xəstəliyi
ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi üzrə məhkəmə
baxışının xüsusiyyətləri
467-8.1. Məhkəmə iclası
cinayət qanunu ilə nəzərdə tutulmuş əməli
törətmiş şəxs barəsində tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsinin zəruriliyi barədə
dövlət ittihamçısının məruzəsi ilə
başlanır. Sonra məhkəmə cinayət prosesi tərəflərinin
təqdim etdikləri sübutları tədqiq edir, bu Məcəllənin
467-3-cü maddəsində nəzərdə tutulmuş
halların müəyyən olunub-olunmadığını
araşdırır və barəsində icraat
aparıldığı şəxsi, olduğu halda onun
müdafiəçisini və qanuni nümayəndəsini,
habelə dövlət ittihamçısının fikrini dinləyir.
Daha sonra məhkəmə qərar qəbul edilməsi
üçün müşavirə otağına gedir.
467-8.2. Məhkəmə tərəfindən
narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsi üzrə icraat
zamanı aşağıdakı qərarlardan biri
çıxarılır:
467-8.2.1. narkomaniya xəstəliyi
ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi haqqında;
467-8.2.2. bu Məcəllənin
467-3-cü maddəsində nəzərdə tutulmuş hallar
düzgün müəyyən edilmədikdə işin əlavə
araşdırmanın aparılması üçün ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurora qaytarılması haqqında;
467-8.2.3. bu Məcəllənin
müddəaları ilə nəzərdə tutulmuş əsaslar
olduqda iş üzrə icraatın dayandırılması və
ya icraata xitam verilməsi haqqında.
467-8.3. Məhkəmə tibbi xarakterli
məcburi tədbirlərin tətbiq edilməsi haqqında
qanuni qüvvəyə minmiş qərarın surətini icra
olunması üçün qərarda nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının tibb
müəssisəsinə göndərir.
Maddə 467-9. Narkomaniya xəstəliyi
ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsini zəruri edən halların ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokuror və ya məhkəmə tərəfindən müəyyən
edilməsi
467-9.1. İbtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokuror ittiham
aktı ilə daxil olmuş cinayət işi üzrə bu Məcəllənin
467-3-cü maddəsində nəzərdə tutulmuş
halları müəyyən etdikdə cinayət işi üzrə
icraatın dayandırılması və narkomaniya xəstəliyi
ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi məsələsinə baxılması
üçün işin məhkəməyə göndərilməsi
haqqında qərar qəbul edir.
467-9.2. Cinayət işinə baxan
məhkəmə bu Məcəllənin 467-3-cü maddəsində
nəzərdə tutulmuş halları müəyyən etdikdə
cinayət işi üzrə icraatın
dayandırılması və narkomaniya xəstəliyi ilə əlaqədar
tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
barədə qərar qəbul edir.
Maddə 467-10. Narkomaniya xəstəliyi
ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin
uzadılması və ya ləğv edilməsi
467-10.1. Narkomaniya xəstəliyi ilə
əlaqədar tibbi xarakterli məcburi tədbirlərin
uzadılması və ya ləğv edilməsi məsələlərinə
məhkəmə tərəfindən Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 93-1.4-cü maddəsində
nəzərdə tutulmuş qaydada prokurorun, həmin tədbirlərin
həyata keçirildiyi tibb müəssisəsinin nümayəndəsinin
və barəsində tibbi xarakterli məcburi tədbirinin
uzadılması və ya ləğv edilməsi haqqında məsələyə
baxılan şəxsin mütləq iştirakı ilə
baxılır.
467-10.2. Məhkəmə bu Məcəllənin
467-10.1-ci maddəsində nəzərdə tutulmuş məsələlər
üzrə qəbul edilmiş qərarları həmin tədbirləri
tətbiq etmiş məhkəməyə göndərir.
467-10.3. Şəxs tibbi xarakterli məcburi
tədbirlərdən yayındıqda müvafiq tibb müəssisəsinin
müdiriyyəti həmin tədbirləri tətbiq etmiş məhkəməyə
yazılı məlumat verir.
467-10.4. Tibb müəssisələrində
narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi
tədbirlər müvafiq icra hakimiyyəti orqanının təsdiq
etdiyi qaydalara uyğun aparılır.
Maddə 467-11. Narkomaniya xəstəliyi
ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi üzrə icraatın təzələnməsi
467-11.1. Şəxsin tam
sağalması nəticəsində qəbul edilmiş
narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi
tədbirlərin ləğv edilməsi haqqında qərar həmin
tədbirləri tətbiq etmiş məhkəməyə daxil
olduqda, məhkəmə iş üzrə icraatı təzələməklə,
şəxsin cinayət məsuliyyətindən azad edilməsi
və icraata xitam verilməsi haqqında qərar qəbul edir.
467-11.2. Şəxsin narkomaniya xəstəliyi
ilə əlaqədar tibbi xarakterli məcburi tədbirdən
yayınmasına dair müvafiq tibb müəssisəsinin
müdiriyyətinin məlumatının əsaslı
olduğu müəyyən edildikdə, həmin tədbirləri
tətbiq etmiş məhkəmə iş üzrə
icraatı təzələyir və aşağıdakı qərarlardan
birini qəbul edir:
467-11.2.1. əgər narkomaniya xəstəliyi
ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər
bu Məcəllənin 467-9.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada tətbiq edilmişdirsə, cinayət işi
üzrə məhkəmə iclasının təyin edilməsi
haqqında,
467-11.2.2. digər hallarda, işin
ibtidai araşdırmanın aparılması üçün
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurora göndərilməsi haqqında.
467-11.3. Bu Məcəllənin
467-11.2-ci maddəsində müəyyən edilmiş hallarda
cinayət işi üzrə ibtidai istintaq və ya məhkəmə
icraatı bu Məcəllənin ümumi qaydaları əsasında
aparılır.”;
1.35. 507.6-cı maddə
aşağıdakı redaksiyada verilsin:
“507.6. Hökmlə məhkumun
xüsusi və ya hərbi rütbədən, fəxri addan,
yaxud dövlət təltifindən məhrum edilməsi
haqqında məsələ nəzərdə tutulduğu
halda, hakim məhkumun müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilmiş ali xüsusi və ya ali hərbi rütbədən,
yaxud fəxri addan və ya dövlət təltifindən məhrum
edilməsi məsələsinə baxılması
üçün bu barədə təqdimatı və məhkəmə
hökmünün surətini müvafiq icra hakimiyyəti
orqanına göndərir, digər dövlət orqanı tərəfindən
verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud
təltifdən məhrum edilməsi hallarında isə bu barədə
məhkəmə hökmünün surətini icra olunması
üçün həmin orqana göndərir.”;
1.36. 513.2-ci maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Ömürlük azadlıqdan məhrum
etmə cəzasına məhkum edilmiş şəxs barəsində
eyni məzmunlu ərizənin məhkəmə tərəfindən
rədd olunması hallarında isə təkrar ərizə
belə qərarın çıxarıldığı
gündən azı 1 (bir) il keçdikdə verilə bilər.”;
1.37. 519-cu maddə üzrə:
1.37.1. aşağıdakı məzmunda
519.1.2-1-ci maddə əlavə edilsin:
“519.1.2-1. azadlığın məhdudlaşdırılması
növündə cəza çəkən məhkumun üzərinə
əlavə vəzifələrin qoyulması və yaxud əvvəllər
qoyulmuş vəzifələrin dəyişdirilməsi və
ya ləğv edilməsi barədə;”;
1.37.2. 519.2-ci maddədə “vəsatəti
və” sözlərindən sonra “müvafiq ərazi üzrə
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən” sözləri əlavə edilsin;
1.37.3. 519.2.1-ci və 519.2.2-ci maddələrində
“və bununla bağlı məsələlərin” sözləri
“məsələlərinin” sözləri ilə əvəz
edilsin.
Maddə 2. Keçid müddəaları
2.1. Bu qanunun ev dustaqlığı
qətimkan tədbiri ilə bağlı müddəaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilən elektron nəzarət vasitələrinin
siyahısı və tətbiqi qaydaları ilə eyni gündə
qüvvəyə minir;
2.2. Bu qanunun 1.34-cü maddəsi
müvafiq icra hakimiyyəti orqanının narkomaniya xəstəliyi
ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin
həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə
başladığı gündən qüvvəyə minir;
2.3. Bu qanunun digər müddəaları
dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 dekabr 2017-ci il
Azərbaycan.-
2017.- 20 dekabr.- S.2-3.