Azərbaycan Respublikası ilə Polşa
Respublikası arasında strateji tərəfdaşlıq
və iqtisadi əməkdaşlığa
dair yol xəritəsi
haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında 2017-ci il iyunun 27-də Varşava şəhərində imzalanmış Birgə Bəyannamə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 dekabr
2017-ci il
Azərbaycan.- 2017.- 21 dekabr.- S.2.