Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Xüsusi təyinatlı
təhsil müəssisələrinin siyahısı”nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 5, maddə 403, ¹ 7, maddə 619; 2012, ¹ 5, maddə 422, ¹ 12, maddə 1233; 2014, ¹ 5, maddə 483; 2016, ¹ 9, maddə 1476) ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 2-ci hissəsində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr
2017-ci il
Azərbaycan.- 2017.-21 dekabr.- S.3.