Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 89, ¹ 7, maddə 621; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027; 2015, ¹ 4, maddə 373, ¹ 6, maddə 704, ¹ 7, maddə 836; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 5, maddə 805,  ¹ 8, maddə 1521) ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin 6.5-ci yarımbəndində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.5-1-ci yarımbənd əlavə edilsin:

“6.5-1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2017-ci il

 

Azərbaycan.- 2017.-21 dekabr.- S.3.