Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ndə dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 867-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 7, maddə 1376) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2.1-ci və 2.2.4-cü yarımbəndlərdə “daşıyıcılarının” sözü “qurğularının” sözü ilə əvəz edilsin.
2. 2.2.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.2.9. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı reklam yayıcısının agentliyə etdiyi müraciət əsasında müvafiq bələdiyyə ilə həmin əmlakdan istifadəyə dair müqavilə bağlayır;”.
3. 2.2.10-cu yarımbənddə “və cinayət əlamətləri olduqda” sözləri “əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə” sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 2.3.2-1-ci yarımbənd əlavə edilsin:
“2.3.2-1. açıq məkanda reklam yayımına görə haqq tutmaq;”.
5. Aşağıdakı məzmunda 3.6.3-1-ci yarımbənd əlavə edilsin:
“3.6.3-1. Agentliyin kənar auditorunu təyin edir və audit hesabatını
qəbul edir;”.
6. Aşağıdakı
məzmunda 4.4-1-ci bənd
əlavə edilsin:
“4.4-1. Agentlik açıq məkanda reklam yayımına görə müvafiq məbləğdə haqq
tutur.”.
7. 4.5-ci bəndə
“qiymətləri” sözündən
sonra “(açıq məkanda reklam yayımına görə
haqqın məbləği
istisna olmaqla)” sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 dekabr 2017-ci il
Azərbaycan.- 2017.-21 dekabr.- S.4.