Ölkəmiz xarici şirkətlərin fəaliyyəti
üçün çox
cazibədardır
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dekabrın 20-də IBM Global Market korporasiyasının baş
vitse-prezidenti Erik Klementini
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Erik Klementi təmsil etdiyi şirkətlə Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti arasında yaxşı əməkdaşlığın
həyata keçirildiyini
dedi. O, bu səfəri zamanı Azərbaycanla əməkdaşlığın
perspektivlərinin müzakirə
edildiyini qeyd edərək, IBM şirkətinin
ölkəmizlə uzunmüddətli
əlaqələr qurmaqda
maraqlı olduğunu vurğuladı.
Dövlətimizin başçısı IBM şirkətinin
Azərbaycanda fəaliyyəti
üçün geniş
imkanların olduğunu
qeyd etdi. Prezident
İlham Əliyev ölkəmizdə informasiya-kommunikasiya
texnologiyaları sektorunun
prioritet təşkil etdiyini vurğulayaraq, bu sahədə artıq böyük nailiyyətlərin əldə
olunduğunu dedi. Bu yaxınlarda Azərbaycanda
“Bakutel-2017” sərgisinin keçirildiyini
deyən dövlətimizin
başçısı sərgini
beynəlxalq əməkdaşlığın
möhkəmləndirilməsi baxımından önəmli
tədbir kimi dəyərləndirdi. Prezident İlham
Əliyev qeyd etdi ki, ölkəmiz
böyük iqtisadi potensiala və perspektivlərə malikdir
və xarici şirkətlərin fəaliyyəti
üçün çox
cazibədardır. Dövlətimizin başçısı IBM şirkəti
ilə Azərbaycan arasında gələcəkdə
uğurlu əməkdaşlığın
həyata keçiriləcəyinə
ümidvar olduğunu bildirdi.
Azərbaycan.- 2017.-21 dekabr.- S.2.