Türkiyənin diyanət işləri başqanı:
"Ölkənizin sürətli inkişafına şahid oldum"
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dekabrın 21-də Türkiyə
Respublikasının Diyanət
İşləri Başqanı
Əli Ərbaş ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı
Əli Ərbaşı
Türkiyə Diyanət
İşləri Başqanı
təyin olunması münasibətilə təbrik
etdi və Türkiyənin konfransda yüksək səviyyədə
təmsil olunmasının
önəmini vurğuladı.
Dövlətimizin başçısı bu yaxınlarda İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım
ilə görüşlərini
məmnunluqla xatırladı. Bu il Türkiyəyə
üç dəfə
səfər etdiyini vurğulayan Prezident İlham Əliyev bunu dostluq və
qardaşlıq münasibətlərimizin
göstəricisi kimi dəyərləndirdi.
Əli Ərbaş Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını
dövlətimizin başçısına
çatdırdı. Qonaq Bakıya
səfəri zamanı
ölkəmizin sürətli
inkişafının şahidi
olduğunu məmnunluqla
qeyd etdi.
Söhbət zamanı
Bakıda keçirilən
“2017 – İslam Həmrəyliyi
İli: Dinlər və mədəniyyətlərarası
dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyəti qeyd olundu, bu tədbirin
ölkələrimiz, xalqlarımız
və dinlər arasında yaxınlaşmaya
kömək etdiyi vurğulandı.
Dövlətimizin başçısı Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarına
görə minnətdarlığını
bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə
və Baş nazirinə çatdırmağı
xahiş etdi.
Azərbaycan.- 2017.-22 dekabr.- S.5.