Şövqi İbrahim Allam: "2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfrans islam həmrəyliyinin gücləndirilməsinə böyük töhfədir"

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Misir diyarının müftisi Şövqi İbrahim Allam ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Misir arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoqmövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Misirin konfransda yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə etdi. Bu konfransın İslam həmrəyliyinin gücləndirilməsinə böyük töhfə olduğunu deyən dövlətimizin başçısı dini rəhbərlərin bir yerdə olmasının mühüm əhəmiyyət daşıdığını dedi, böyük tərkibli nümayəndə heyətlərinin bu konfransda iştirakını İslam həmrəyliyinin göstəricisi kimi dəyərləndirdi.

Misir diyarının müftisi Şövqi İbrahim Allam Azərbaycanda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdiqeyd etdi ki, bütün bunlar ölkə rəhbərinin müdrik siyasəti nəticəsində əldə olunub. Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoqmövzusunda beynəlxalq konfransın əhəmiyyətinə toxunan Şövqi İbrahim Allam bunun müxtəlif dinlərin və sivilizasiyaların bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyini vurğuladı.

 

Azərbaycan.- 2017.-22 dekabr.- S.5.